SON XƏBƏRLƏR
“Azertexnolayn” Moskvada öz stendi ilə təmsil olunur

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azertexnolayn” MMC Moskvada Beynəlxalq "Aquatherm Moscow 2023" sərgisində öz stendi ilə təmsil olunur.

İZİA-dan  bildirilib ki, sərgidə şirkətin istehsal etdiyi polad borular, polietilen məmulatlar, çuqun tökmə məmulatları və s. məhsullar "Made in Azerbaijan” brendi ilə nümayiş etdirilir. On səkkiz ölkənin iştirak etdiyi sərgi fevralın 14-17-ni əhatə edir.

"Aquatherm Moscow 2023" sərgisi Rusiyanın ən böyük kompleks mühəndislik sistemləri sərgisidir.




[email protected]