SON XƏBƏRLƏR
Qadın işçilərin hüquqları ilə bağlı maarifləndirmə məqsədli videoçarx hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti qadın işçilərin hüquqları ilə bağlı maarifləndirmə işlərinə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ictimaifikir.az verilən məlumata görə, həmin işlər çərçivəsində xidmət tərəfindən ölkəmizin də qoşulduğu Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında" 183 nömrəli Konvensiyası əsasında milli qanunvericilikdə qadın işçilərin hüquqlarına dair videoçarx hazırlanıb.

Əmək münasibətləri sahəsində analığın mühafizəsi, qadın işçilər üçün nəzərdə tutulan güzəşt, imtiyaz və əlavə təminatlara dair hazırlanmış ilk videoçarxı təqdim edirik. Videonu yükləmək üçün: https://we.tl/t-McPduPTnTW

Analığın mühafizəsi - qadın işçiyə güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsinə, onun hamiləliyinin qorunmasına, övladının, özünün sağlamlığı və təhlükəsizliyinin, rifahının təmin edilməsinə xidmət edir.




[email protected]