SON XƏBƏRLƏR
Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 632 nəfər peşə hazırlığına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il daha 632 şəxs peşə hazırlığına cəlb olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ictimaifikir.az verilən məlumata görə, onlardan 370 nəfəri agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı mərkəzlərində, 262 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub. Kurslarda dərzi, IT üzrə texniki dəstək mütəxəssisi, nəzarətçi-xəzinədar, mühasib, xalçaçı, insan resursları mütəxəssisi, elektrik aparat və cihazlarının sazlayıcısı və s. peşələr öyrədilir.

Kurs müddətində müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. Kursları uğurla bitirənlərin məşğulluğuna dəstək göstəriləcək.


 

 




[email protected]