SON XƏBƏRLƏR
2035-ci ildən Avropada daxili yanma mühərrikləri ilə işləyən yeni avtomobillərin satışı qadağan ediləcək

Avropa Parlamenti bu gün keçirilən iclasında Avropa Komissiyasının 2035-ci ildən etibarən Avropa İttifaqı ərazisində daxili yanma mühərrikləri və benzin və dizel yanacağı ilə işləyən minik avtomobillərinin satışının qadağan edilməsi barədə təklifini təsdiq edib.

ictimaifikir.az xəbər verir ki, Avropa Parlamentinin qərarına əsasən, 2035-ci ildə satışa çıxarılacaq bütün yeni avtomobillər atmosferə sıfır zərərli tullantılar buraxılması tələblərinə cavab verməlidir. 2030-cu ildə tullantıların azaldılmasına dair təxmini ara hədəflər minik avtomobilləri üçün 55 faiz, kommersiya maşınları üçün isə 50 faiz həcmində müəyyən edilib. Ekspertlər əmindirlər ki, Avropa İttifaqı iqlim dəyişikliyi üzrə öz üzərinə qlobal liderlik missiyasını götürməlidir. Onlar vurğulayırlar ki, bu, ətraf mühitin və vətəndaşların mühafizə olunmasında tarixi məqamdır.




[email protected]