Şəhid ailələri və qazilərə dəstək

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələrinə və qazilərə dövlət tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühüm addımlar atılır. Prezident İlham Əliyev də həmin şəxslərə diqqət və qayğısını heç zaman əsirgəmir. 

Millət vəkili Cavid Osmanovun sözlərinə görə, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonrakı mərhələdə Prezidentin tapşırığına əsasən şəhid ailələrinin üzvləri, eləcə də qazilər dövlət qayğısı ilə tam əhatə olunub. Bu sahədə aparılan işlər dünya üçün nümunəvi modeldir.

Təbii ki, müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini təşkil edir. Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.

,


[email protected]