SON XƏBƏRLƏR
Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib

Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov, xəstəxananın Vətən müharibəsində iştirak etmiş əməkdaşları Telman Abbasov, Elşən Mehdiyev və xəstəxana kollektivi Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Xəstəxananın mətbuat xidmətindən ictimaifikir.az-a verilən xəbərə görə, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə güllər düzülüb.

Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüş bölgələrinə yollanan, 800-dən çox yaralı üzərində uğurlu cərrahi əməliyyatlar icra edən Mərkəzi Neftçilər Xəstəxanasının bütün tibb heyəti Vətən uğrunda qəhrəmancasına şəhid olanları dərin hörmətlə anır, ailələrinə səbir diləyir, qazilərimizə isə cansağlığı arzulayır.

Allah şəhidlərimizə rəhmət eləsin




[email protected]