SON XƏBƏRLƏR
ÜST: Dünyada COVID-19-a yoluxma hallarının sayı həftə ərzində 17 faiz azalıb

Dünyada həftə ərzində (24 -30 oktyabr) 2,3 milyondan artıq insan koronavirus infeksiyasına yoluxub, 9 mindən çox insan həmin xəstəlikdən ölüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteninə istinadla xəbər verir ki, ötən yeddi günlə müqayisədə xəstəliyə yoluxma hallarının sayı 17 faiz, həmin xəstəlikdən ölüm hallarının sayı isə 5 faiz azalıb.

ÜST-nin həftəlik informasiya bülleteninə əsasən, dünyada həftə ərzində 2 377 149 yoluxma və 9 348 ölüm halı qeydə alınıb. Ötən yeddi günlə (17-23 oktyabr) müqayisədə xəstəliyin əhəmiyyətli dərəcədə azalması Afrika (39 faiz) və Avropada (34 faiz) qeyd edilib. Eyni zamanda Amerika və Qərbi-Sakit Okean regionunda o, 5 faiz artıb. Ölüm nisbəti əhəmiyyətli dərəcədə Avropa (31 faiz) və Şərqi Aralıq Dənizində (15 faiz) azalıb. Eyni zamanda onun artımı keçən həftə Afrika (155 faiz), Amerika (23 faiz), Cənub-Şərqi Asiya (13 faiz) və Qərbi-Sakit Okean regionunda (7 faiz) qeydə alınıb.

Almaniya həftə ərzində ən çox - 346 672 yoluxma hallarının sayı barədə məlumat verib. Ondan sonra Yaponiya (281 974), ABŞ (259 066), Çin (257 994) və Koreya Respublikası (241 465) yer alıb. Birləşmiş Ştatlarda yeddi gün ərzində ən çox - 3 187 ölən qeydə alınıb. Bülletendə qeyd olunur ki, daha sonra Rusiya (567), İtaliya (559), Braziliya (553) və Çin (489) qərarlaşıb.




[email protected]