Əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.
ictimaifikir.az yazır ki, bu barədə aktrisa Ülviyyə Əliyeva məlumat yayıb.
O bildirib ki, həmkarının vəziyyəti yaxşı deyil:
"İki – üç gün əvvəl analizlərinin cavabı çıxdı. Artıq beynində xərçəng aşkarlanıb. Hamınızdan Tünzalə üçün dua istəyirəm. İnşallah Allah onu övladına bağışlayar. Bu gün yenidən analiz verdi. Təkrar şüa qəbul etməyə başlayacaq".
Qeyd edək ki, xəstəlik daha əvvəl aktrisanın daxili orqanlarına yayılmışdı.