Mərhum Xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev və nəvələri "ATV səhər" proqramını evlərində qonaq ediblər.
ictimaifikir.az xəbər verir ki, Rövşən atası ilə bağlı xatirələrini bölüşüb.
"O evə gələn kimi sakitlik olmalı idi. Bizə bildirmirdi, amma bizim başqa mühitdə böyüməyimizi istəyirdi. Uşaq evində çox ağır günlər yaşadığını deyirdi" deyə, o, əlavə edib.
"Adımı babam qoyub, onun adını daşıyıram. İstəyirdi ki, pilot olum. Mən də babamın arzusunu yerinə yetirdim və akademiyaya daxil oldum" deyə, aktyorun nəvəsi Arif Quliyev söyləyib.