Dövlət başçımız müsahibələrində Azərbaycan həqiqətlərini, tarixi ədaləti bərpa etməyimizi vətənpərvərlik və diplomatik peşəkarlıqla bəyan edirdi

Dövlət başçımız müsahibələrində Azərbaycan həqiqətlərini, tarixi ədaləti bərpa etməyimizi vətənpərvərlik və diplomatik peşəkarlıqla bəyan edirdi 
Zeynalov Ramil Saməddin oğlu
Salyan rayonu Kərimbəyli kənd tam orta məktəbinin direktoru,
"Şuşa-270” media mükafatı laureatı

Mən Zeynalov Ramil Saməddin oğlu 24 oktyabr 1982-ci ildə Salyan Rayon Qarabağlı  kəndində anadan olmuşam. 
1988-ci ildə Qarabağlı kənd tam orta məktəbin 1-ci sinfinə getmişəm, 1999-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olmuşam. 2003-cü ildə Azərbaycan dili və Ədəbiyyat ixtisasını bitirmişəm. 2003-cü ilin sentyabrın 1-də Salyan rayon Qarabağlı kənd tam orta məktəbinə Azərbaycan dili və Ədəbiyyat müəllimi təyin olunmuşam.
2003-cü ilin Oktyabrından, 2004-cü ilin Oktyabrna kimi "N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşam. 2004-cü ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra əvvəlki işimə qayıtmışam. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 2007-ci ildə Salyan rayon Qarabağlı 2 tam orta məktəbində əmək fəaliyyətimi davam etdirmişəm.
2007-ci ildə Lənkəran Dövlət Universitetinin magistraturasının qiyabi şöbəsinə daxil olmuşam. 2010-cu ildə bitirmişəm. 2013-cü ildə Sumqayıt Dövlət Universitetinin doktoranturasının qiyabi şöbəsinə daxil olmuşam. 2015-ci ildə Salyan rayonu Kərimbəyli kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin olunmuşam. 2017-ci ildə Doktoranturanın "Azərbaycan dili” ixtisasını bitirmişəm.
2021-ci ilin Mayın 25-də Sumqayıt Dövlət Universitetinin müdafiəyə Şurasında Filologoya üzrə fəlsəfə doktoru elmi dərəcə almaq üçün təqdim  etdiyim dissertasiya işimin müdafiyəsi olmuşdur. 13 elmi əsərin müəllifiyəm, Xaricdə beynəlxalq elmi konfranslarda iştirak etmişəm, ingilis dilini bilirəm.
Ailəliyəm, 3 övladım var.

***
Dövlət başçımız müsahibələrində Azərbaycan həqiqətlərini, tarixi ədaləti bərpa etməyimizi vətənpərvərlik və diplomatik peşəkarlıqla bəyan edirdi.
O, düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə qoydu. Hərtərəfli məlumata sahib olan prezidentimiz xarıci jurnalistlərlə olan müsahibələriylə də dünyaya səs saldı. Azərbaycan xalqı olaraq bu müsahibələrə baxdıqca, belə bir prezidentimiz olduğu üçün daha çox qürur duyuruq. Cənab Prezident yorulmadan bütün döyüş əməliyyatlarına başçılıq etməklə bərabər, həm xarici mediaya verdiyi müsahibələri, həm də mövcud vəziyyəti olduğu kimi xalqımıza çatdırmaqla böyük bir uğura imza atdı.
Xalqımızın ən kiçiyindən tutmuş ən böyüyünə kimi onun qürur, zəfər dolu müraciətlərini, tvitlərini səbirsizliklə gözləyirdik. Prezidentimiz sözün əsl mənasında, xalq, ordu, dövlət birliyi ilə Azərbaycan adlı güclü bir ailə yaratdı. Xalqa müraciətlərində işlətdiyi cümlələr hələ uzun illər dillərdən düşməyəcək. Ürəyimizin səsini dilə gətirərək səsləndirən prezidentimizin hər müraciəti yaddaşlara həkk olundu. Bu müraciətləri ilə belə tarix yazdı.
Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Dünya birliyi Xocalı soyqırımını tanımağa başladı. Onun sayəsində biz Qarabağımıza, evimizə yenidən qovuşduq. O, tarixi ədaləti uğurla və qətiyyətlə bərpa etdi.
Vətən savaşında müzəffər Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıq isə onu sübut etdi ki, Ali Baş Komandanımız dünyada az rast gəlinən nümunənin – ordu quruculuğunun ən mükəmməl modelinin müəllifidir. Müasir qalib ordumuz birmənalı olaraq, möhtərəm İlham Əliyevin müdrik və məqsədyönlü ordu quruculuğunun real təzahürüdür.
Dahi sərkərdəmiz tarixi ədaləti öz gücü və iradəsi ilə bərpa etdi. Bu Vətən müharibəsində Azərbaycan işğalçıya hafizəsində unuda bilməyəcəyi tarixi dərs verdi.




[email protected]