SON XƏBƏRLƏR
Pərviz Şahbazov “5-ci Rumıniya Beynəlxalq Qaz Konfransı” tədbirində iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunun dəvəti ilə Buxarestə səfər edib.

Energetika Nazirliyindən ictimaifikir.az bildirilib ki, nazir sentyabrın 21-22-də təşkil olunacaq "5-ci Rumıniya Beynəlxalq Qaz Konfransı” beynəlxalq tədbirində iştirak edəcək. Avropa İttifaqına üzv və qonşu ölkələrin nazirlərinin və neft-qaz şirkətlərinin nümayəndələrinin iştirak edəcəyi konfransda nazir Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.




[email protected]