Şərəflidir uca adın

Müəllim haqqında yazılarda işlədilən mənalı ifadələrin, geniş təcrübənin, hərtərəfli ustalığın statistik tədqiqi aparılsa, ortaya maraqlı faktlar çıxar. Və bu təbii sayılmalıdır, çünki həyatını, ömrünü başdan-başa məktəbdə yaşayıb, sinif otaqlarında xalqın balalarına elm, bilik verənlər əslində Günəşdən nur alan insanlardır. Onlar nəsillərin yaddaşında uşaq təfəkkürünə nur saçan müqəddəs şəxslərdir. Onların ömür yolunun səhifələrini, pedaqoji fəaliyyətlərinin ayrı-ayrı məqamlarını, tədris sistemlərini əks etdirən fərqi yoxdur, kiçik və ya böyük həcmli hər bir qələm məhsulu müəllim əməyinə, şəxsiyyətinə verilən qiymətin mənəvi cəhətdən yazılı ifadəsidir.
Şərəflidir uca adın
Peşəsini sevən müəllimlərdən biri Bakı şəhər 233 nömrəli tam orta məktəbin biologiya müəllimi, biologiya üzrə fəlsəfə doktoru Samirə Musayevadır.
2014-ci ildə məktəbin biologiya müəllimi Samirə Musayeva "Schlumberger” şirkətinin SEED Beynəlxalq Təhsil Proqramının qrantını almaq üçün müsabiqəyə qoşulmuş və qalib gəlmişdir. O zamandan etibarən Schlumberger şirkəti ilə məktəbimiz arasında əməkdaşlıq yaranmışdır.
Şərəflidir uca adın 
Hər il ənənəvi olar SEED platforması məktəbimizdə keçirilir və bu şagirdlərin xüsusi marağına səbəb olur. Bu proqram sayəsində şagirdlər ekologiyanın qorunması ilə bağlı öz fikirlərini bölüşür, gələcəkdə bu sahədə daha yaxşı xidmət göstərmək üçün "ağıllı robotlar” layihələrinin təməlini qoyur və beləliklə bəlkə də insanlıq üçün mühim əhəmiyyət kəsb edəcək böyük bir ixtiranın ilk qığılcımlarını yaradırlar. Şirkət gənc nəslin inkaşafına xidmət edən layihələrin gerçəkləşdirilməsinə xüsusi önəm verir. Onu da bildirək ki, 233 saylı məktəb SEED proqramı çərçivəsində qrant alan sayca 4 – cü təhsil ocağıdır.




[email protected]