ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ HƏR ZAMAN EHTİRAMLA XATIRLANIR

Heydər Əliyev doğrudan da dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan şəxsiyyət idi. XX əsrin 90-cı illərində - Azərbaycanın beynəlxalq arenaya müstəqil dövlət kimi çıxdığı ilk vaxtlarda ölkəmizi Heydər Əliyevə görə tanıyırdılar. Onun parlaq dühası və iti zəkası sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşırdı. Çoxları bizə qibtə edirdi ki, Heydər Əliyev kimi liderimiz var. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərinin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Xatırlatmaq yerinə düşər ki, o, Sovet İttifaqı kimi nəhəng bir dövlətdə yüksək vəzifədə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdi.

Heydər Əliyev haqqında kimlər söz deməyib: Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimlər, məşhur yazıçılar... Onların dediklərinə nəzər salarkən qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır, Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi yenidən göz önündə canlanır. Azərbaycan xalqının Ulu Öndərinə verilən bu yüksək qiymətin əsasında təkcə öz Vətəni və xalqı üçün gördüyü işlər deyil, zəmanəsinin çağırışlarına çevik reaksiyası, bəşəri idealları, dünyada dostluğa, sülh və tərəqqiyə verdiyi töhfələr dayanır.

Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidməti sayəsində yaradılmışdır. Hörmətli Heydər Əliyevin Azərbaycana gətirdiyi ən önəmli məsələlərdən biri də möhkəm sabitlikdir. Atəşkəsə nail olunaraq, ölkənin digər işləri ilə məşğul olmaq imkanı yaradıldı. Daxili sabitlik bərqərar edildi, iqtisadi inkişaf, quruculuq işləri başlandı.

Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu ölkədə sabitliyin, asayişin bərqərar olunmasıdır.

 

Bu gün Lənkəran Tarix - Diyarşünaslıq muzeyində Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan” adlı tədbir keçirildi.

 ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ HƏR ZAMAN EHTİRAMLA  XATIRLANIR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

10 may 2022-ci il tarixində Lənkəran Tarix-Diarşünaslıq muzeyinin direktoru Ülviyyə xanım Əliyeva və muzey əməkdaşları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

 

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Ülviyyə Əliyeva Heydər Əliyevin ölkəmizin dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əvəzsiz xidmətləri olduğunu qeyd etdi. Tədbirdə iştirak edən Lənkəranlı alim qadın Tükəzban Cahangirova Heydər Əliyev şəxsiyyəti haqqında danışdı və Ulu öndərə həsr etdiyi şeirini ifa etdi.

 ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ HƏR ZAMAN EHTİRAMLA  XATIRLANIR

Lənkəran ŞİH Gərmətük qəsəbə üzrə İcra nümayəndəsi öz çıxışında Heydər Əliyevin dahi şəxsiyyət olduğunu vurğuladı. LDU-nun nəzdində olan AST kollecin tarix müəllimi Cəmil Quliyev  çıxış etdi.

 ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ HƏR ZAMAN EHTİRAMLA  XATIRLANIR

Tədbirdə iştirak edən məktəblilərin hazırladığı kompozisiya qonaqlara təqdim olundu. Gənc müğənni Allahverən Pərvizoğlu yeni mahnısı ilə çıxış etdi.

 

ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ HƏR ZAMAN EHTİRAMLA  XATIRLANIR 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Aytac Qurbanova "Könlüm keçir Qarabağdan" məktəblilər arasında respublika incəsənət festival müsabiqəsinin zona üzrə 1-ci yer qalibi



 

 




[email protected]