Ulu Öndər xatirəsi əbədi yaşayır

Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndərin müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır. Ulu Öndərin zamanın fövqündə duran müdrikliyi ilə böyük həyat və idarəetmə təcrübəsinin vəhdəti onu iki əsrin dahisinə çevirib. Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsinin ucalığı illər ötdükcə daha aydın görünür.

Ulu Öndərin çox zəngin və mənalı ömrünün hər ayı, hər günü bir dastandır. Hər il mayın 10-da xalqımız dünyaşöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının ildönümünü böyük ehtiramla qeyd edir, bu dahi insanla bağlı xatirələr bir daha dilə gəlir.

 Ulu Öndər xatirəsi əbədi yaşayır

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu günlərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 -cu ildönümü münasibəti ilə 3 nömrəli tam orta məktəbin 5-ci lisey sinif şagirdləri tərəfindən C.Məmmədquluzadənin"Çay Dəstgahı" (Alleqorik pyesi) tamaşası Lənkəran Dövlət Dram Teatrında nümayiş olundu.Teatrın ideya müəllifləri məktəbin drektoru Aqil Sadıyev və Teatrın drektoru Tofiq Heydərov,qurluşçu rejissoru isə sinfin rəhbəri Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Hüseynovadır.

Ulu Öndər xatirəsi əbədi yaşayır

 


Ulu Öndər xatirəsi əbədi yaşayır

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 


İlk öncə Dövlət himni səsləndirildi.Tədbiri açıq elan etmək üçün Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbin drüktoru Aqil Sadıyevə və Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərova söz verildi.Daha sonra Lənkəran ŞTŞ-nın sektor müdiri Ülviyyə Əliyeva çıxış etdi.Tədbirə dəvət almış məktəbin 8- ci sinif şagirdləri Ulu Öndər Heydər Əliyevə aid şeir söyləyib mahnı ifa erdilər. "Şuşanın Dağları"rəqsiməktəbin şagirdi tərəfindən nümayiş olundu.Tədbirdə Şuşa şəhəri, ana dilimiz,C.Məmmədquluzadə haqqında geniş məlumat verildi.Sonra 5 -ci lisey sinfi böyük sənətkar ,yazıçı,dramaturq Cəllil Məmmədquluzadənin "Çay Dəstgahı" aleqorik əsəri ni böyük məharətlə səhnədə nümayş etdilər.Tamaşa böyük alqışlarla qaşılandı.Sonda məktəbin drektoru Aqil Sadıyev iştrak edən bütün şagirdləri təşəkkürnamələrlə mükafatlandırdı.

 




[email protected]