Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir.
Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Azərbaycan gəncliyinin təhsilli, savadlı yetişməsi istiqamətində uzun illər böyük zəhmət çəkən dəyərli müəllim, ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan dili" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, "Qabaqcıl təhsil işçisi" döş nişanı mükafatı laureatı Səmədova Könül İbrahim qızını bu gün xüsusi təbrik etmək istərdik. Könül xanımı ad günü münasibəti ilə xəbər portalının rəhbəri Nahidə Aslanqızı başda olmaqla, kollektivimiz adından səmimi qəlbdən təbrik edir, can sağlığı, şərəfli və məsuliyyətli işində uğurlar, ailə səadəti arzu edirik. Ölkəmizin, gənclərimizin xoşbəxt gələcəyi naminə tutduğunuz yolunuz daim işıqlı, yetirdiyiniz tələbələr qürur yeriniz olsun!
[email protected]