UNUDULMAZ QƏHRƏMANLAR

44 gün – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Vətən müharibəsi, "dəmir yumruq” əməliyyatı, 2-ci Qarabağ savaşı, böyük qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq bir il ötür… Çox tez keçdi bir il, lakin 44 gün bitmək bilmirdi, sanki illər, qərinələr, əsrlər çarpışırdı 44 günün içində. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. O güc ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə hayqırdı. Məgər necə güclü, necə qüdrətli dövlətimiz var imiş, necə əzmkar, necə vətənpərvər, mərd ürəkli, igid xalqımız var imiş, sözlərdə deyil əməllərdə gördük və bir daha əmin olduq. Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin kini, nifrəti, nisgili, ağrısı-acısı vulkan olub 44 gündə püskürdü və bu vulkandan çıxan od-alov düşməni yandırdı.
UNUDULMAZ QƏHRƏMANLAR
Vətən müharibəsində düşünmədən can fəda edən igidlərimizi daim yad etmək, anım günlərini təşkil etmək və bu qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdrmaq hər birimizin vətəndaşlıq borcuna çevrilib artıq. Bu missiyanı yerinə yetirmək adına bu günlərdə Lənkəran şəhər Q.Zeynalov adına Darquba kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Əliyevanın təşkilatçılığı ilə məktəbin 5,6,7-ci sinif şagirdləri ilə Vətən müharibəsinin şəhidi Cəfərzadə Eşqinin anım gününə həsr olunmuş "Zəfəri Qan ilə Yazan Şəhidim" adlı tədbir keçirilmişdir.
 UNUDULMAZ QƏHRƏMANLAR
 
Tədbirdə məktəbin pedaqoji kollektivi,məzunlar,LTŞ -nin müdiri Ü.Əliyeva, H.Əliyev Mərkəzinin direktoru R.Sadıqova, qazilər,Vətən müharibəsi iştirakçıları və şəhid ailələri iştirak edirdilər.Tədbiri məktəbin direktoru Mayis Kazımov açıq elan etdib bu mövzuda geniş çıxış etdi.Tədbirdə Şəhid Cəfərzadə Eşqin Hamlet oğlu haqqında iştirakçılara ətraflı məlumat verildi. Məktəblilərin söylədiyi şeirlərdə 44 günlük Vətən müharibəsindən,Zəfər günümüzdən,Azərbaycan Ordusu  Müzəffər Ali Baş komandan İ.Əliyevin rəhbərliyi altında öz şücaəti ilə azad olunmuş torpaqlarımızdan bəhs olunurdu. Tədbirdə dəvət almış qonaqlar bu mövzida geniş çıxışlar etdilər.Və tədbir məktəblilərin  söylədiyi Vətənə aid  şeirlərlə davam etdi.
 
Hazırladı:
Mahilə Qurbanova



[email protected]