ŞUŞA

ŞUŞA 
Mahilə Qurbanova
"ictimaifikir.az” xəbər portalının rəhbər müavini,
"Peşəkar jurnalist” media mükafatı laureatı


   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
               Şuşa

Qan ilə yoğruldu sənin torpağın,
Çox ələmlər gördü  odun, ocağın.
Adınla bağlıdır  ürəklərimiz,
Anamızla təndir sənə sevgimiz.

Fəryadın bizlərə ümüd bəslədi,
Haqın səbir deyib bizi gözlədi.
Gözlədi hər daşın,ocağın,gülün,
Ürəyi doludur,Xarı bülbülün.

Günəşin nur saçdı bütün dünyaya,
Zəfərin ucaldı ulduza ,aya.
Oğullar torpağı azad  etdilər,
Canların səninçün fəda etdilər.

Düşmənin bağrını sökdü ordumuz,
"Dəmir yumruq”  oldu  bizim yurdumuz.
Dünya sənə heyran ,sənə tamaşa,
Artıq bizimləsən ,bizimsən Şuşa!

Sanki bulaqların dili açılıb,
Səman aydınlanıb ,günəş saçılıb.
Dinib Xanın səsi,dinib kamanın,
Tarın da dinməkçün tapıb mizrabın...

Sən bizim mədəniyyət beşiyimizsən,
Bizim evimizsən,eşiyimizsən.
Öyün şöhrətinlə ,öyün şanınla,
Dünyada tək olan "Şuşa "adınla.

Dünyada  Şuşa adlı bir diyar vardır,
O bizim diyarır!Azərbaycandır!
Bir də məhşur  olan bir şuar vardır:
-"Qarabağ bizimdr!Azərbaycandır!"

        Şəhid anası

Yarım qalıb qəlbində sözü -söhbəti, 
Yumub gözlərində qəmi-möhnəti.
Kimsə görmür onun nə gördüyünü, 
Bağrının param-parça söküldüyünü.

Dərdlər  xoş gələrdi,səfa gələrdi, 
Üzü hər cəfaya deyib-gülərdi, 
Onu güclü tutan dayağı vardı, 
İstəsə o güclə dağı yarardı.

Amandır çox sual verməyin ona, 
Odu bir yanadır,közü bir yana . 
İstəsəz dünyanı verin ovcuna, 
Tay ola bilərmi onun oğluna?

Dərdi xalqın dərdi ,cahan dərdidir, 
Köksündə ürəyi Vətən qədərdir, 
Vətənə qurban verdi o "Oğul" boyda, 
Təsəllisi yurdun Zəfəri boyda.

Qurumaz nə gözü,nə də yarası, 
Könlünə taxt qurdu Zəfər qalası, 
Dünyaya səs saldı ürək parası, 
Bu səslə yaşayır Şəhid anası!




[email protected]