Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir

Dövlətimizin başçısı İlham Əliyevin avqustun 29-da mədəniyyət paytaxtımızŞuşaya beşinci dəfə səfəri, bu cənnət məkanda görülən işlərlə tanışlığı, baş planın təqdim edilməsi Qarabağın tacının qısa müddətdə dirçələrək malik olduğu potensial imkanları ilə ölkəmizin hərtərəfli inkişafına dəstək verəcəyi barədə aydın təsəvvür yaradır.

44 günlük İkinci Qarabağ müharibəsi regionda vəziyyəti dəyişdi. Prezidentİlham Əliyevin qeyd etdiyi kimi biz gələcəyə baxmalı, əraziləri yenidən qurmalıyıq. Artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri icra olunmaqdadır.

Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir
Ölkə başçısının Qarabağın tacıŞuşaya səfərlərinin hər biri mühüm məqamlarla yadda qalır. Avqustun 29-daPrezident İlham Əliyevə və birinci xanımMehriban Əliyevaya təqdim olunanŞuşaşəhərinin baş planında tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi,Şuşadünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Təqdim olunan baş plandaŞuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb.Şuşada ümumi sahəsi 46.765 kvadrat metr olaraq, yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar daŞuşaya xas memarlıq üslubu ilə tikiləcək. ÖlkəPrezidentiİlham Əliyev1-ci məhəllənin təməlini qoydu. Artıq dövlət başçısıİlham ƏliyevinŞuşanın işğaldan azad olunması müjdəsini xalqa çatdırarkən böyük qürur və fərəh hissi ilə söylədiyi «Şuşa, sən azadsan!Şuşa, biz qayıtmışıq!Şuşabiz səni dirçəldəcəyik!» fikirlərin reallığa çevrildiyinin təsdiqidir.

Avqustun 30-daŞuşada böyük Azərbaycanşairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Bu tədbir ölkənin həyatında əlamətdar hadisə kimi qeyd olunmalıdır. Vaqif Poeziya Günlərinin açılışında iştirak edən dövlət başçısı İlham Əliyev«Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu günŞuşadayıq və bundan sonraŞuşada əbədi yaşayacağıq» fikirlərinin davamı olaraq bu reallığı da diqqətə çatdırmışdır ki, Şuşa artıq azaddır, bu, həqiqətdir.

«Noyabrın 8-dəAzərbaycanxalqınaŞuşamüjdəsini verərkən demişdim ki,Şuşaartıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, bizŞuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, bizŞuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik» söyləyən Prezident İlham Əliyevin diqqəti sayəsindəŞuşamüasir tarixinin ən gözəl günlərini yaşayır.Şuşaəbədi olaraq İslam dünyasının, Azərbaycan xalqının mədəniyyət paytaxtı olacaq, ev sahibi kimi qonaqlarını möcüzələri, möhtəşəmliyi ilə heyrətləndirəcək.

 
P.S.  Mütəmadi olaraq vətənpərvər mövzulu tədbirləri keçirdiyinə görə Xanım müəllimə "ŞUŞA -270" media medalı mükafatına layiq görülüb.Təbrik edirik!
 
 Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir
Dadaşova Xanım Yəhya qızı

AMK tərkibində İncəsənət Gimnaziyasında

ibtidai sinif müəllimi





[email protected]