"Gəncədə 16 yaşlı qızın ana olması ilə bağlı araşdırma aparılır”.
Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.
O qeyd edib ki, Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb və məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, ana və uşağın vəziyyəti normal qiymətləndirilir.
***
Gəncədə 16 yaşlı qız ana olub.
Gundemxeber.az xəbər verir ki, APA-nın məlumatına görə, şəhər sakini S.Abbasova (ad-soyad şərtidir) Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada uşaq dünyaya gətirib.
Araşdırmalar zamanı onun 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurması məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.