Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışı qaydası müəyyənləşib.
Qaydaya əsasən, mənzillərin satışını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Satışına yol verilən mənzillərin sayını Nazirlik müəyyən edir və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirməklə ictimaiyyətə açıqlayır.