Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbində" Xocalı Soyqırımı"adlı tədbir keçirildi

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!
1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq "Qrad” və "Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.
Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbində" Xocalı Soyqırımı"adlı tədbir keçirildi
Azğınlaşmış ermənilər Qarqar çayı istiqamətində, "Donuzçuluq ferması” deyilən yerdə dinc əhaliyə qarşı əsl soyqırım törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Şübhəsiz, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçivanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər.

Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

Xocalı şəhərində yerləşən dövlət və ictimai obyektlərin sayı və dəyəri ayrı-ayrılıqda müəyyən edilib. İstintaq komissiyası tərəfindən respublikanın 35 nazirlik və idarəsinin Xocalı şəhərində inşa etdikləri, balanslarında olan tikililər, qurğular, dəzgahlar, xammal və sair qiymətlilər barədə sənədlər toplanılmış, mütəxəssislərdən ibarət komissiya təşkil edilib. Komissiyanın gəldiyi nəticəyə görə, Xocalı şəhərinin işğalı nəticəsində dövlət idarə, müəssisə və təşkilatlarının, ictimai təşkilatların əmlakına 4 milyard 199 milyon 668 min 338 rubl məbləğində ziyan dəyib. Fakt bu idi ki, Xocalı soyqırımı artıq törədilmişdi. Qətlə yetirilənlərin sayı, cəsədləri üzərində vəhşiliklər törədilməsi, təhqir edilməsi, ermənilərin vəhşiliyi barədə ötən illərdə çox yazıldığından, yenidən təkrarlamağa lüzum yoxdur. Bu, Ermənistanın Qarabağı ələ keçirmək planının reallaşmasına şəriət yaradan ən böyük amillərdən biri idi. Bütün bunlar qarşıda bizi gözləyən daha böyük itkilərin başlanğıcı oldu. Yüzlərlə qəhrəman oğullarımızı buna vadar edən yalnız və yalnız vətənə məhəbbət hissi olub. Şəhidlik-vətənpərvərliyin ən uca zirvəsidir. Ümummilli liderimiz Heydər Əliyev şəhidliyə yüksək qiymət verərək deyib: "Şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqdır”.

O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir!..

Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbində" Xocalı Soyqırımı"adlı tədbir keçirildi
 
 
 
 
 
 
 
 
 

Bu günlərdə Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbində  ibtidai sinif müəllimi Şəhla Şahbazovanın  rəhbərlik etdiyi"1L" lisey sinfi ilə hazırladığı 26 Fevral Xocalı faciəsinin 30- ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Aqil Sadıyev,tərbiyəvi işlər üzrə drektor müavini Səadət Hüseynova,məktəbin pedoqoji kollektivi və qonaqlar iştirak edirdi.

Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbində" Xocalı Soyqırımı"adlı tədbir keçirildi
 
 
 
 
 
 
 
 
 
 
 
 

İlk öncə himn oxundu.Məktəbin drektoru A.Sadıyev Xocalı soyqırımı haqqında geniş məlumat verdi.Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra söz"1L"sinif şagirdlərinə verildi.Şagirdlər Xocalı soyqrımında baş verən ağrılı-acılı anlar haqqında çıxışlar etdilər.Xocalıya həsr olunan şeirlər söyləyən şagirdlər o dəhşətli anları   göz önündə canlandırırdılar.Sinələrindən Xocalı şəhidlərinin rəsmlərini asan"1L" sinfi Vətənə olan sevgilərini söylədiyi şeirlərlə nümayiş etdirdilər.Tədbirdə soyqırımla bağlı rəsimlər asılmış,lövhələr hazırlanmış,qərənfillər düzülmüş,şamlar yandırılmışdı.Şagirdlərin çıxışlarından  sonra "Xocalı Nişanəsi"filmi göz yaşları ilə izlənildi.
Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbində" Xocalı Soyqırımı"adlı tədbir keçirildi 
Tədbir iştirakçısı İctimaifikir.az Xəbər Portalının rəhbər müavini M.Qurbanova tədbir haqqında fikirlərini bölüşdü.Məktəbin şagirdi , Gənclər və uşaq birliyinin sədri Aytac Qurbanovanın keçirtdiyi "Dəmir Yumruq "adlı sorğusunda fəal iştirak edən şagirdlərdən Ə.Nərgiz,Ə.İsmayıl,Ş.Əli,Q.Zəhra,H.Aylin,F.Aylin, H.Ümid,M.Məryəm, V.Qismət, Ə.Sadiq Media tərəfindən Fəxri mükafata layiq görüldülər.Tədbir Xocalı soyqırımı haqqında şeirlərlə davam etdi.
  Qeyd edək ki,ibtidai sinif müəllimi Şəhla Şahbazova daim öz işinə qarşı ciddi və məsuliyyətlə yanaşır.Xocalı soyqırımı ilə bağlı keçirdiyi tədbir bunun bariz nümunəsidir.Müəllim keçmişi öyrədən,gələcəyi qurandır.Şəhla müəllimə də belə müəllimlərimizdəndir.
Vətnpərvər mövzulu tədbirlərin yüksək səviyyədə təşkilinə görə Şəhla Şahbazova media tərəfindən "Dəmir Yumruq" Fəxri mükafatına laiq görülmüşdür.



[email protected]