TƏHSİLLİ GƏNCLƏR GƏLƏCƏK UĞURLARIMIZDIR

 
Müasir dövrdə ali məktəblərin əsas strateji vəzifəsi təhsilin şəxsiyyətin,  cəmiyyətin və dövlətin aktual və perspektiv tələblərinə uyğun yüksək keyfiyyətini təmin etməkdir. Bu, ali təhsil ocaqlarında təhsilin keyfiyyətinin idarə olunması modelinin yaradılması ilə reallaşdırılır. Bu model  özündə təhsil prosesinə müasir, qabaqcıl texnologiyaların  tətbiqini, yaaradıcı, yüksək peşəkarlığa malik, təhsilin keyfiyyətinin idarə olunması ideyasını qəbul edən kollektivin, səmərəli təlim mühitinin yaradılması, inzibati, proqram-məqsədli idarəetmənin özünüidarə ilə birləşdirilməsi, kadr, informasiya, motivasiya, proqram-metodik resurslar daxil olmaqla bütün növ resurslardan səmərəli istifadə və idarə olunmasını birləşdirir.
Ali məktəblərdə şagirdlərin müvafiq təhsil pilləsi üzrə bilik səviyyələrini müəyyənləşdirmək üçün keçirilən imtahanlar həmin universitetlərdə real vəziyyətin diaqnostik qiymətləndirilməsinə də imkan yaradır.
TƏHSİLLİ GƏNCLƏR GƏLƏCƏK UĞURLARIMIZDIR

Qeyd edək ki, ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı. Yanvarın 5-dən fevralın 2-nə kimi əsas semestr imtahanları, 5-14 fevral tarixlərində üzrlü və təkrar imtahanlar başa çatdı. Əminliklə qeyd etmək istəyirəm ki, ADPU-da imtahan prosesinə ciddi nəzarət olundu və bütövlükdə sessiyanın şəffaf və obyektiv keçirilməsinə universitet rəhbərliyi diqqət yetirdi.
ADPU-da bu gün 8 fakültə fəaliyyət göstərir. Hər fakültənin imtahan prosesinə ciddi nəzarət olundu və şəffaf keçirildi. Bunu da qeyd edim ki, ADPU-da imtahanlar həm yazılı, həm də şifahi formada həyata keçirildi. Hər zaman ilklərə imza atan filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova imtahanları şifahi şəkildə keçirməsi ilə daha bir ilkə imza atdı. Şifahi imtahan prosesi müəllimlərin nüfuzunu daha da artırdı, müəllim-tələbə münasibətini və tələbə məsuliyyətini daha da gücləndirdi.
İstər müəllimlərə, istərsə də tələbələrə imtahanlarının belə şəffaf, humanist keçirilməsi üçün bu şəraiti yaratdığına görə fakültənin dekanı professor Mahirə Hüseynovaya öz adımdan, müəllim və tələbə heyəti adından təşəkkürümü bildirirəm.
 
Astanova Arzu Dağbəyi qızı 
ADPU-nun Biologiya fakültəsinin 
Analitik və Üzvi Kimya kafedrasının baş müəllimi





[email protected]