Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyası dövründə "Məşğulluq haqqında” Qanuna əlavə və dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən ictimaifikir.az bildirilib ki, komitənin yaz sessiyası üçün iş planına əsasən, "Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda və "Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun icrası vəziyyəti barədə dinləmələrin keçirilməsi nəzərdə tutulub.