UĞURLU YOLLAR!

 UĞURLU YOLLAR!

Səadət Kazımova

Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində

tərbiyəvi təşkilatçı və  direktor əvəzi, "Peşəkar müəllim" media mükafatı laureatı

 


Kazımova Səadət Şirməmməd qızı 1976-cı il noyabr ayının 26-sı Neftçala rayonunda doğulub. İlk təhsilini 1983-cü ildə Lənkəran şəhər 7 nömrəli tam orta məktəbində almış, 1993-cü ildə həmin məktəbi bitirib məzun olmuşdur.

1997-ci ildə Lənkəran Dövlət Universitetinin Filologiya ixtisasına daxil olmuş və 2007-ci ildə universitetin məzunu olub. 2007-ci il sentyabr ayının 15-də Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlayıb.

2020-ci il aprel ayının 1-dən tərbiyəvi -təşkilatçı vəzifəsini icra edir və eyni zamanda 2020-ci il may ayının 4-dən A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə direktor əvəzi kimi fəaliyyət göstərir. Ailəlidir, 3 övladı var.

Yeniliyi sevdiyi üçün daim öz üzərində çalışır. Müxtəlif təlim və layihələrdə iştirak edib. 2021-ci il Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin fərdi nominasiyası üzrə qalib olub. Layihənin adı "Filtirasiyalı internet –Arxayın valideyn”dir.

"Filtirasiyalı internet-arxayın valideyn”

Layihə rəhbəri (2021-ci il)

"Uşaq Hüquqlarının Pilləli Tədrisi”

Koordinator

"Canlı Hüquq Online layihəsi”

Koordinator

"Sağlam qida-Sağlam nəsil”

Koordinator (III yerə layiq görüldük)

8. TƏLİM VƏ SEMİNARLAR

Təlim və seminarın adı

Təlim və seminarın keçirildiyi yer

Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti (seminar)

Lənkəran şəhəri

İntel"Gələcək üçün təhsil”(təlim)

Lənkəran şəhəri (2009-cu il)

Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumunun tətbiqi

Lənkəran şəhəri (20.09.2013-cüil)

"Elektron məktəb üçün elektron müəllim”

Bakı şəhəri (04-06.08.2014-cü il)

TİPİİ

"Promethean” interaktiv lövhələrindən istifadə üzrə

Lənkəran şəhəri (2014-cü il)

Fəal dərsin qurulmasında internet resurslardan istifadə

Bakı şəhəri (30.06.2015-ci il) TİPİİ

Web 2- Web 3 alətlərinin tədrisdə tətbqi

Bakı şəhəri (18-19.04.2015-ci il)

"The rules of the using new technologies”

Bakı şəhəri (19.11.2016-cı il)

İntel"Gələcək üçün təhsil”

Lənkəran şəhəri (2016-cı il)

Müəllimlərin Beynəlxalq Seminarı

Bakı şəhəri (01.12.2018-ci il)

"Təhsildə sistemli idarəetmə və yeni qiymətləndirmə konsepsiyası” seüminarı

Masallı şəhəri (16.03.2019-cu il)

"Layihə yazılışı və idarəçiliyi”

Lənkəran şəhəri (30-31.12.2019-cu il)

Yeni təhsil proqramı əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursu

Lənkəran şəhəri (06.07.2018-ci il)

DİM

 

 

 
***  
Prezidentimiz İlham Əliyevin uzaqgörən, müdrik siyasətinin bəhrələrini torpaqlarımızın işğaldan azad edilməsi, həmin torpaqlarda üçrəngli Azərbaycan bayrağının dalğalanması, ölkəmizin beynəlxalq məkanda nüfuzunun artması ilə görürük. Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülən
 
siyasətə və beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin, Azərbaycana olan inam və etimadın təzahürüdür. Ölkəmiz nəticə etibarilə bütün regional məsələlərdə əsas oyunçuya çevrildi.
 
Cənab Ali Baş Komandanımız İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazandı!
 
Prezidentimiz İlham Əliyev yeni əsrin lideri olaraq Azərbaycanımızı daim inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.
 
Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu. Şanlı ordumuz və Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız işğaldan azad olundu, 30 illik həsrət sona çatdı. Azərbaycan xalqının həmrəylik nümayiş etdirərək, Cənab Ali Baş Komandanın ətrafında sıx birləşməsi bizə qələbəni gətirdi. Bu isə həqiqətən çox qürurvericidir.
 
Prezidentimiz İlham Əliyevin dediyi kimi: Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Yəni günümüzün reallığı onu göstərir ki, Prezidentimizlə Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.
 
Uzun illər bu tarixi danışıb qürur duyacağıq. Bu tarixi qələbəni bizə yaşadan, müjdələyən prezidentimizlə qürur duyuruq! Belə bir liderimiz olduğu üçün çox şanslıyıq. Bütün Azərbaycan xalqı olaraq hər zaman Qarabağımızı geri qaytardığı üçün prezidentimizə, Ali Baş Komandanımıza minnətdar olacağıq. Özünün də çıxışlarında dediyi kimi:
 
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
 
Yaşasın Ali Baş Komandan!
 
Yaşasın Rəşadətli Ordumuz!
 
Yaşasın Azərbaycan xalqı!




[email protected]