PEŞƏKARLIQ NÜMUNƏSİ

 PEŞƏKARLIQ NÜMUNƏSİ
 
Aynurə Allahverdiyeva 
Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimi,
"İlin müəllimi” media medalı 
mükafatı laureatı


Allahverdiyeva Aynurə Təvəkkül qızı Ağdam şəhərində anadan olub. 1982-cı ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olub, 1987-ci ildə həmin institutun Elektromexanika fakültəsini bitirib. Ali təhsilli mütəxəssis kimi əmək fəaliyyətinə 29.09.1988-ci ildə Respublika Hesablama Mərkəzinin Ağdam filialında mühəndis vəzifəsində başlayıb. 
20.04.1990-05.12.1990-dək Azərbaycan Dövlət Plan Komitəsi, Azərbaycan Elmi Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki İqtisadi Tədqiqatlar İnstitutununu Ağdam şöbəsində mühəndis, 28.12.1990-28.01.1991-dək Ağdam Elmi-Texniki «Axtarış» kooperativində mühəndis vəzifəsində işləyib. 01.02.1991-ci il tarixindən Azərbaycan Dövlət Plan Komitəsi Azərbaycan Elmi Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki İqtisadi Tədqiqatlar İnstitutununun «Xətai» Elmi-İstehsalat Mərkəzində kadrlar üzrə inspektor vəzifəsində çalışıb. Erməni işğalı nəticəsində 23.07.1993-cü ildə iş yerini itirib.
11.07.2005-21.02.2007-dək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Elmi Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki İqtisadi Tədqiqatlar İnstitutunda Baş mütəxəsis və sektor müdiri vəzifələrində işləyib. 04.10.2007-ci ildən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Dövlət Dəniz Akademiyasında 1 ştat  laborant, 0,5 stat assistent vəzifələrində işləyib.
02.09.2015-ci il tarixindən hal-hazıra kimi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, Azərbaycan Dövlət Dəniz Akademiyasında "Gəmi elektroavtomatikası” kafedrasında 1 ştat  assistent, 10.09.2018-ci ildən "Gəmi elektroavtomatikası” kafedrasında 13-cü dərəcə ilə 1 ştat  baş müəllim vəzifəsində vəzifəsində işləyir. 
03 mart 2014-ci il tarixindən Azərbaycan Dövlət Dəniz Akademiyasında "Gəmiçilik texnikası” (3319.01) ixtisasının qiyabi doktoranturaya daxil olaraq, 03.03.2018-ci ildə müvəffəqiyyətlə bitirib. "Gəmidə texnoloji parametrlərin ölçülməsində maqnit levitasiyanın istifadə olunma xüsusiyyətləri” mövzusunda dissertasiya işini yerinə yetib. Dissertasiya mövzusuna uyğun olaraq "Maqnit asqılı buyoklu səviyyəölçən” cihaza patent alınması üçün ilkin ekspertiza sənədlərini Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (Az PATENT) MMC-yə təqdim etmiş və "A 2015 0012" nömrəli ixtiraya dair iddia sənədinə müvafiq olaraq ilkin ekspertizanın müsbət nəticəsi haqqında bildiriş alıb. Mahiyyət ekspertizasında araşdırılan sənədlərin nəticəsi olaraq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 30.12.2016 tarixli, №12 məcmuəsində dərc edilib. 17.07.2017- ci il tarixində Patent və Əmtəə Nişanları Mərkəzi Publik Hüquqi şəxs tərəfindən reyestrdə qeyd edilib. A.T.Allahverdiyevanın 32 elmi məqaləsi (onlardan 18-i dissertasiya işinə aiddir) müxtəlif yerli və xarici elmi jurnallarda dərc olunub, 1 ixtiraya dair patent, 1 dərs vəsaiti, 12 fənn proqramı (8-i qrifli), tədris etdiyi 6 fənn üzrə mühazirə konspektləri akademiyanın mətbəəsində çap olunub, 4-məşğələ, 8 laboratoriya dərslərinin aparılması üçün elmi-metodik göstərişin müəllifidir.




[email protected]