SON XƏBƏRLƏR
ÖRNƏK FƏALİYYƏT

ÖRNƏK FƏALİYYƏT
 
 
Vüsalə Hüseynova 
Qaradağ rayonu C.Niftəliyev adına 
233 nömrəli məktəbdə riyaziyyat-informatika müəllimi, "İlin müəllimi” media medalı mükafatı laureatı


Hüseynova Vüsalə Məhəmməd qızı 04.06.1987 ci il tarixində Cəbrayıl rayonunun Şıxalıağalı kəndində anadan olub, 1994-2005-ci illərdə Bakı Şəhəri Qaradağ rayonu S.Məhərrəmov adına 106 nömrəli  məktəbdə orta təhsil alıb. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının Komputer riyaziyyati ixtisasına daxil olub və 2009-cu ildə həmin ixtisasın bakalaviriat pilləsinin fərqlənmə ilə bitirmişdir. Magistr təhsilini isə 2009-2012-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat istiqaməti üzrə hesablama diaqnostikası ixtisası üzrə alıb. O bu pilləni də fərqlənmə diplomu ilə bitirib. 2010-cu ildə imtahan verərək Qaradağ rayonu, Sahil qəsəbəsi Ə.Kazımov adına 228 nömrəli məktəbə informatika-riyaziyyat müəllimi adına layiq görülmüş və 2011-ci ildən Qaradağ rayonu C.Niftəliyev adına 233 nömrəli məktəbdə riyaziyyat-informatika müəllimi kimi fəaliyyət göstərir. Vüsalə xanım əmək fəaliyyəti ilə yanaşı elmi fəaliyyətini də davam etdirir. O, 2019-cu ildə Azərbaycan Respublikası Təhsil İnstitutunun Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası şöbəsinin, 5801.01- təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Riyaziyyatın tədrisi metodikası) ixtisası üzrə doktoranturasına qəbul olub. Apardığı araşdırmalar və elmi yeniliklərinin praktiki tətbiqi Rusiya Təbiətşünaslıq Akademiyası tərəfindən yüksək qiymətləndirilərək 2021-ci ildə ona «M.V.Lomonosov» qızıl medalı verilmişdir. Hazırda Vüsalə xanım orta məktəbdə müvəffəqiyyətlə tədris ilə məşğul olmaqla yanaşı elmi fəaliyyətini də davam etdirir.




[email protected]