Azərbaycanın 16 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib

Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın 16 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verib.

Bu barədə "Rosselxoznadzor"un saytında məlumat yer alıb.

Məlumata əsasən, sözügedən 16 müəssisə noyabrın 1-dən başlayaraq bu ölkəyə pomidor ixrac edə biləcəklər.

 

Qeyd edək ki, Azərbaycan 2022-ci ilin aprelin 1-dək dəmir yolu vaqonları ilə Rusiyaya alma və pomidor tədarükünü davam etdirəcək və bu tarixdən sonra konteyner daşımalarına keçid nəzərdə tutulur.




[email protected]