SON XƏBƏRLƏR
Qələbəyə gedən yol qəlbimizdən keçir

 

 

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatlarında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, xalqımızın və döyüşçülərimizin ruh yüksəkliyi oldu. Birlik olan yerdə dirilik də var demişlər.

Qələbəyə gedən yol qəlbimizdən keçir

Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı da vurğulamaq yerinə düşər. Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən yeni strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsini yerlə yeksan etdi. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Çünki artıq bıçaq sümüyə dayanmışdı. Yalan vədlərlə otuz il başımızın altına yastıq qoyulmuş, xalqın səbri tükənmişdi.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını sıradan çıxarıb iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu hətta köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticə rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silah­lı Qüvvələrimiz "Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi.

Qələbəyə gedən yol qəlbimizdən keçir

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini, beton sədlərini darmadağın edərək böyük zəfərə imza atdı.

Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo­nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.

Azərbaycan xalqı Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan mədəniyyət mərkəzi Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim, müqəddəs yurd yerimizin xilası ilə şanlı qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Biri sevinsə də, bir çoxları qorxuya düşdü.

Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. "Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduq­larını döyüşdə sübuta yetirdilər.

Prezident İlham Əliyev xalqa müraciətlərinin birində dedi: "Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də müasir hərbi texnika yoxdur... Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edib. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın ordusu və dövləti işğalçıdır. Döyüş gedən torpaq onların torpağı deyil”.

Ona görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, bəzən postda it kimi zəncirlənərək döyüşməyə məcbur edilir, Azərbaycan əsgəri isə öz torpağı uğrunda sevə-sevə baş qoyur, canından keçirdi.

Döyüşlər gedən günlərdə dövlət-xalq-ordu birliyi Möhtəşəm QƏLƏBƏMİZİN təməli oldu. Hər kəs bacardığı qədər, gücü çatan nə varsa, "vətən üçün”,- dedi və əməl etdi. Bizim Universitetimiz-ADPU, böyük müəllim və tələbə ordusu, filologiya fakültəsinin kollektivi də öz gücünü əsirgəmədi. Həmin 44 gündə, eyni zamanda pandemiyanın tüğyan elədiyi günlərdə Filologiya fakültəsinin dekanı, hazırda ADPU-nun Xarici Əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və fakültənin əməkdaşları iş başında oldu. Vətənə məhəbbət hissilə, Ali Baş Komandanımıza və Müzəffər Ordumuzun hər bir əsgərinə sevgi hissilə çalışdıq.

Həmin günlərdə dərs dediyim tələbələrlə, xüsusilə də kurator olduğum 402-ci qrup tələbələri ilə məsləhətləşib, "biz nə edə bilərik?”-deyə düşündük. Doğrudur, tələbələr 2-3 qat daha artıq səylə çalışacaqlarına, vətənə layiq olacaqlarına söz verdilər. Lakin bu, az idi. Mən belə bir təklif verdim ki, fakültəmizin bütün tələbələrinə xəbər verin, bizim "əsgərə məktub” kompanyasına qoşulsunlar. Əsgərlərimizi ürəkləndirən, dəyərləndirən, dəstəkləyən fikirlərini, arzularını yazıb, istər elektron formada, istərsə də əlyazma şəklində göndərsinlər. Məktubları toplayıb mənə çatdırmasını Sənan Ağayevdən xahiş etdim. Sonra tələbələrlə birlikdə həmin məktubları zərflərə qoyduq, üzərini möhtəşəm bayrağımızla, gerbimizlə bəzədik. Topladığımız sovqatlarla, vacib dərman preparatları ilə birlikdə etibarlı hərbçilərlə- Nəsimi rayonu Birinci Qarabağ mü haribəsinin veteranları ilə cəbhəyə yola saldıq.





[email protected]