Xeyirxahlıq mücəssəməsi

Xeyirxahlıq mücəssəməsi 

 

Heydər Əliyev Fondu hər il "Təhsilə dəstək” layihəsi çərçivəsində Qarabağ müharibəsi nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir.

"Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Ölkəmizin Birinci vitse-prezidentinin təşəbbüsü və dəstəyi ilə 2007-ci ildə Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikilmişdir. 2012-ci ildə isə həmin məktəbdə əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra Pakistan hökumətini qərarı ilə bu təhsil ocağına xeyirxahlıq mücəssəməsi olan Mehriban Əliyevanın adı verilmişdir.

Bundan savayı, hörmətli Mehriban xanımın dəstəyi ilə Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilmiş və ya əsaslı təmir edilmişdir.

 

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm istiqamətlərindən birini də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin ifşası istiqamətində aparılan sistemli və ardıcıl iş təşkil edir. Fondun Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı portal və müxtəlif dillərdə hazırladığı "Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə münaqişənin kökləri və səbəbləri haqqında dürüst və obyektiv məlumat çatdırmaq məqsədi ilə edilmişdir. Bu prosesdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət!” beynəlxalq kampaniyası mühüm təbliğat aləti olaraq dünyanın, demək olar ki, bütün qitələrində Ermənistanın soyqırımı, terror və işğal siyasətini ifşa edir.

Adı imzası olan Mehriban xanım Əliyevanın lokal, regional və beynəlxalq miqyaslı fəaliyyəti həm ölkə, həm də bir çox xarici dövlətlərin ali mükafatları ilə təltif olunmaqla yüksək qiymətləndirilmişdir. 

İşğaldan azad olunmuş bütün torpağlarımızın bərpası və yenidən qurulması mərhələsi başlanmışdır. Həm Vətən müharibəsi, həm də ondan sonrakı tarixi mərhələlərdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı olaraq Ermənistanın insanlıq əleyhinə hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etmişdir. Mehriban xanım Əliyeva "Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır”, – deməklə beynəlxalq təşkilatlar, hüquq-müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderlərinə müraciət edərək onları Ermənistan siyasi-hərbi rəhbərliyinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətləri pisləməyə və hüquqi müstəvidə adekvat addımlar atmağa çağırmışdır.

Eyni zamanda, Birinci vitse-prezident soydaşlarımızı müqəddəs torpaqlarımızın işğaldan azad olunduğu tarixi dövrün qürurlu vətəndaşları olaraq həmin torpaqların, xüsusilə də təkrarsız və bənzərsiz Şuşa şəhərinin bərpası və cənnətə çevrilməsi kimi növbəti tarixi vəzifənin icrası naminə daha da səfərbər olmağa və bu taleyüklü prosesə konkret töhfələr verməyə dəvət etmişdir. Bu, zamanın çağırışıdır!

 

Xeyirxahlıq mücəssəməsi

 
NİYAMƏDDİN MƏMMƏDOV 
Lənkəran şəhər, Zövla kənd 
Bələdiyyəsinin sədri, "İlin fəal bələdiyyə sədri” media mükafatı laureatı
 
PS. İctimaifikir.az xəbər portalı Niyaməddin Məmmədovu xeyirxah işlər gördüyü üçün təltif olunduğu "Xalqın övladı" media mükafatı münasibəti ilə təbrik edir, ona işlərində uğurlar arzu edir! 






[email protected]