ANA QƏLBLİ MEHRİBAN XANIM!

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti,

Birinci Xanım Mehriban Əliyeva!

 

ANA QƏLBLİ MEHRİBAN XANIM!

Bəzən sözlər sevincli, məhəbbətli fikirləri ifadə etməkdə çətinlik çəkir. Mehriban Xanımın xoş əməllərini, apardığı xoşməramlı işlərini tərif etməyə sözlər, cümlələr azlıq edir. Müxtəlif sahələrdə apardığı çoxşaxəli tərəqqi işləri xalqa olan qayğısının, mərhəmətinin, diqqətinin bariz nümunəsidir. Humanistcəsinə mədəniy-yət, tarix, sosial, tiddi sahədə, təhsil sahəsində, qadınların hüquqlarının qorunma-sında və vətənpərvərlik ruhunda təqdim etdiyi tərəqqi işləri olduqca ürəkaçandır, alqışa layiqdir. Həyata keçirtdiyi xeyirli layihələri sadalamaqla bitməz... Bu xeyirxah yolda Mehriban Xanıma daim zirvələr arzu edirəm. Can sağlığı, səadət, könül xoşluğu mütəmadi həyatını bəzəsin. Doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, gələcək işlərində müvəffəqiyyətlər, uğurlar arzu edirəm. Eyni zamanda ifadəsi cümlələrə siğmayan ən dəyərli, fəlsəfi fikirləri Mehriban Xanıma həsr etdiyim şeir ilə təqdim edirəm. ANA qəlbi həmişə var olsun! Tanrıya əmanət olsun!

 

 

AZƏRBAYCAN FƏXRİM DEYİR!

Qadın qüdrətilə, cəsarətilə,

Zirvələri qarlı belə olsa da,

Fəth etdi öz möhkəm iradəsilə,

Tanrının lütfüdür Mehriban xanım!

Zərif varlığında vardır hünəri,

Mərhəmət hissilə ana ürəyi,

Döyünür hər zaman xalqın nəbzilə,

Tanrının lütfüdür Mehriban xanım!

Uca tutub, ana, qadın adını,

Axan qandır damarında vətənin,

Azərbaycan fəxrim deyir qızına,

Tanrının lütfüdür Mehriban xanım!


Pedaqoq-metodist, ekspert-psixoloq, filoloq,

yazıçı-publisist: Esmira İbrahimova İsrafil q.

26.08.2021.





[email protected]