Həsənov Camal Kamal oğlu
Lənkəran şəhər C.Cabbarlı adına
1 saylı uşaq musiqi məktəbinin
direktoru
Ziyalı olmaq, bu adı daşımaq çox çətin, şərəfli, məsuliyyətli bir işdir. Hamı ziyalıya bir örnək, şəxsi nümunə kimi baxır. Həlli müşkül, çıxılmaz vəziyyətlərdə ondan məsləhət, kömək umur. Bəli, ziyalı olmaq çox çətindir, xüsusən bu zi-yalı cəmiyyətin diqqət mərkəzində fəaliyyət göstərən biri olarsa.
Camal müəllim hər şeydən əvvəl çox gözəl insan, sözün əsl mənasında yüksək mədəniyyətə, zövqə malik bir Azərbaycan ziyalısıdır. Xalqını, Vətənini, onun tarixini, mədəniyyətini, adət və ənənəsini, dilini bütün varlığı ilə sevən, peşəsinin, işinin-sənətinin vurğunu olan bir ziyalıdır. Başqasının uğuruna səmimiyyətlə sevinən, kiminsə dərdinə şərik olmağa çalışan xeyirxahdır. Ehtiyacı olana öz kömək əlini uzatmağa çalışır. İndi cəmiyyətimizdə belə alicənab xüsusiyyətlərə malik, yüksək səviyyəli ziyalılara çox ehtiyacımız var. Camal müəllim çox qiymətli insandır!
Camal müəllimi daha yaxından tanıyaq:
Həsənov Camal Kamal oğlu 26 may 1960 -cı ildə Lənkəran şəhərində anadan olmuşdur.1977-ci ildə Lənkəran şəhər 3 N-li tam orta məktəbini bitirmişdir.1972-1977 -ci illərdə Lənkəran şəhər C.Cabbarlı adına 1 saylı uşaq musiqi məktəbinin tar sinfində oxumuşdur.1979-1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.1984-cü ildə Lənkəran Musiqi Texnikomunun tar ixtisasını,1995-ci ildə N.Tusi adına Azərbaycan Pedoqoji Universitetinin İbtidai təlim pedaqogikası və metodikası- musiqi ixtisasını qiyabi bitirmişdir.Yeni Azərbaycan Partiyasının üzvüdür.1984-cü ildən hal-hazıra kimi Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 saylı uşaq musiqi məktəbində məllim,şöbə müdiri və tədris işləri üzrə drektor müavini işləmişdir. 8.12.2015 -ci il tarixindən indiyə qədər Lənkəran şəhər C.Cabbarlı adına 1 saylı uşaq musiqi məktəbinin direktoru işləyir. Ailəlidir,üç övladı var.
Musiqi məktəbində işlədiyi dövürdə 4 Respublika lauriatı hazırlayıb. Şagirdləri hazırda Amerikada, Türkiyədə,MDB məkanında və Azərbaycanda fəaliyyət göstərir.
***
Şəhidlərimizin qanı bahasına əldə olunan müstəqilliyimizin təhlükə altında olan bir vaxtda, xalqın tələbi ilə ağır bir məsuliyyəti üzərinə götürən Ümummilli Lider Heydər Əli-yev, yüksək siyasi iradə nümaiş etdirərək, Azərbaycanı gözlənilən təhlükələrdən qurtara bildi və yorulmadan Azərbaycan xalqına xidmət edərək uğurlu siyasi kursu ilə Yeni Azərbaycanın təməlini qoydu. Bununla da Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycanın qurucusu və banisi olaraq tarixi yadaşımıza həkk olundu. Ümummilli Lider Heydər Əliyevin missiyası bununla da yekunlaşmadı. Müstəqilliyimizin əbədiyyəti üçün Yeni Azərbaycanı əmin əllərdə saxlamaq üçün, uğurlu siyasi kursunu davam etdirmək üçün Prezident İlham Əliyevi yetişdirməklə bu xalqa əmanət etdi.
Prezident İlham Əliyev xalqa rəhbərlik etdiyi dövrdən bu günə qədər uğurlu siyasəti ilə Azərbaycanı günü-gündən inkişaf etdirməklə dünya ölkələri sırasında mühüm yer tutmasına nail oldu. Prezidentlik dönəmində bütün imkanlarını Azərbaycan xalqının rifahının yaxşılaşmasına, ölkəmizin inkişafına sərf edən cənab İlham Əliyev, 2020-ci il dönəmində 30 il erməni işğalı altında saxlanılan torpaqlarımızı qısa müddətdə işğaldan azad etməklə tarix yazdı. Prezident İlham Əliyevin yüksək iradəsi və uğurlu siyasəti nəticəsində ölkəmizdə elə bir istimai, siyasi, iqtisadi hərbi siyasi mühit formalaşdı ki, müharibə gedən bir ölkədə, ölkə vətəndaşları heç bir sosial sıxıntı ilə rastlaşmadı.
Bundan başqa ölkə Başçısı iradə nümaiş etdirərək ümummilli birliyi bərqərar etdi. Bu gün Ali Baş Komandanın rəhbərliyi altında formalaşdırılan qüdrətli Azərbaycan ordusu düşməni darmadağın edərək Müasir Azərbaycanın müasir tarixini yazır. Yeni Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin Siyasi Kursunun davamçısı olan, xalqın sevimlisi İlham Əliyev cənabları, bu gün tarix yazmaqla Müasir Azərbaycanın əvəzolunmaz tarixi Sərkərdəsi və Müasir Azərbaycanın qurucusu olduğunu təsdiq etdi.
Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Xalqı, Yaşasın Ali Baş Komandan, Yaşasın rəşadətli Azərbaycan Ordusu !
Əminliklə deyə bilərik ki, bu gün adını tarixə qızıl hərflərlə yazan İlham Heydər oğlu Əliyev Azərbaycan Respulikasının əvəzolunmaz Lideri və əbədi Prezidentidir. Allah Xalqımızı, Ordumuzu və Ali Baş Komandanımızı qorusun. Biz hər zaman sizinləyik, cənab Prezident.
Qarabağ Azərbaycandır!
[email protected]