Alternativi olmayan Lider

Alternativi olmayan Lider 
Quliyev Ədalət Firidun oğlu
ADPU-nun "Əməyin texnologiyası” kafedrasının baş müəllimi 

Hər bir kamil şəxsiyyət onu əhatə edən cəmiyyətdən də əvvəl məhz ailədə yetişir, formalaşır, gələcək həyat yolunu düzgün müəyyənləşdirə bilir. İnsan xarakterinin formalaşmasında onun doğulub boya-başa çatdığı, suyunu-çörəyini daddığı, havasını udduğu torpağın da rolu az deyil. Müdriklərimiz əbəs yerə "ot kökü üstə bitər" deməyiblər. 5 aprel 1962-ci il Şuşa rayonu Şirlan kəndində anadan olmuş Ədalət Quliyevin mənsub olduğu halal ailə, əhatə olunduğu saf mühit onu daim haqqa, ədalətə tapınmağa, mübariz olmağa, ömrü ləyaqətlə yaşamağa sövq edib. Cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişməsində ilk növbədə halallığa tapınan valideynlərinin böyük rolu olub.
Həyatının ən çətin, keşməkeşli anlarında belə haqdan dönməyib, düzgünlüyü və mənəvi təmizliyi uca tutub. Məqsədə çatmaq uğrunda göstərdiyi prinsipiallıq, çətinliklərə mərdliklə sinə gərmək bacarığı onu yaxından tanıyanlarda da daim rəğbət hissi oyadıb. 
Ədalət müəllim haqqında qısa məlumat: 
1979-cu ildə orta məktəbi bitirmişdir. Ali təhsillidir.
1980-1985-ci illərdə Sovet Azərbaycanının 60-illiyi adına Xankəndi Pedaqoji İnstitutuna daxil olmuş,1985-ci ildə İnstitutu "Riyaziyyat əlavə fizika ” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
ADPU-nun 04.10.2012- ci il tarixli 1/619 saylı əmri ilə "Müəllimlər günü” münasibətilə "Təşəkkür” elan edilmişdir.
ADPU-nun 02.10.2014 cü il tarixli 1/640 saylı əmri ilə”Müəllimlər günü " münasibətilə "Fəxri fərman” ilə təltif edilmişdir. "Gələcək üçün Təhsil” kursunun sertifikatını almışdır.
ADPU-nun Elmi Şurasının 2013-cü il 28 fevral tarixli qərarı ilə 2011/2012-ci tədris ilində dəqiq və təbiət elmləri üzrə "İlin müəllimi” müsabiqəsinin qalibi (1-ci yer), 2015-ci il 12 fevral tarixli qərarı ilə 2013/2014-cü tədris ilində dəqiq və təbiət elmləri üzrə "İlin müəllimi” müsabiqəsinin qalibi (3-cü yer) olmuşdur.
1985-1988-ci illərdə Şuşa rayon Xanalılar kənd orta məktəbində əvvəlcə fizika müəllimi, sonra isə dərs hissə müdiri vəzifələrində çalışmışdır.
1988-1991-ci illərdə Şuşa rayon Gənc Texniklər Stansi-yasının direktoru olmuşdur.
1992-1993-cü illərdə N.Tusi adına ADPU-nun Şuşa filialının "Riyaziyyat” fakültəsində baş laborant vəzifəsində fəaliyyət göstərmişdir.
1993-cü ildən ADPU-nun Şuşa filialında müəllim,1995-ci ildən isə baş müəllim kimi fəaliyyət göstərmişdir.
1996-2003-cü ilə qədər ADPU-nun Şuşa filialının "Riyaziyyat” fakültəsinin dekanı vəzifəsində işləmişdir.
2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Elektroradiotexnika " kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışmış,2009-cu ildə həmin kafedraya tam ştat baş müəllim vəzifəsinə təyin olunmuşdur.
2009-cu ildən hal- hazıra kimi baş müəllim vəzifəsində fəaliyyət göstərir. 2017 -ci ildən ADPU-nun Fizika fakültəsinin TMŞ və EŞ-nın üzvüdür.
 4 dərs vəsaitinin, 8 metodik vəsaitin, 15 proqramın,13 tezisin, 23-dənçox elmi məqalənin müəllifidir.14 sertifikatı var.
Ailəlidir.Üç övladı var
Tədqiqat sahəsi:
Şpinel qurluşlu maqnit yarımkeçiricilər.
Kitabları:
Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə laboratoriya işlərinin yerinə yetirilməsinə dair metodiki göstəriş, Bakı-ADPU-2006
Avtomatikanın əsasları, dərs vəsaiti, Bakı-ADPU-2011
Elektrotexnikadan laboratoriya işlərinə dair metodik göstəriş, Bakı-ADPU- 2011
Avtomatikanın əsasları fənninə aid laboratoriya işləri, metodik vəsait, Bakı- ADPU-2012
Radiotexnikadanlaboratoriyaişlərinə dairmetodik göstəriş, Bakı-ADPU- 2013
Elektrotexniki materiallar və sənayeelektronikasınınelementləri, metodik vəsait, Bakı-ADPU-2014
· Antena qurğularının texnologiyası, dərs vəsaiti, Bakı-ADPU-2014
· Elektrotexnika I hissə, dərs vəsaiti, Bakı-ADPU-2014
· Radiotexnika ,dərs vəsaiti, Bakı-ADPU-2017
· Pedaqoji təcrübənin gündəliyi , Bakı-ADPU-2018
· Bərk məişət tullantılarının idarəedilməsi məsələləri, Bakı, ADPU-2019.

***
Hər bir xalqın tarixində, hər bir dövlətin qurulmasında, yaşamasında, inkişaf etməsində böyük şəxsiyyətlər mühüm əhəmiyyət kəsb edirlər. Onların dövlət quruculuğunda rolu, insanları ümumi bir məqsəd naminə səfərbər etmələri, xalqı mütəşəkkil qüvvə olaraq formalaşdırması və öz arxalarınca apara bilmək qabiliyyəti və s. siyasi və idarəçilik keyfiyyətləri bu cür şəxsiyyətlərin lider kimi qəbul olunmalarına əsas verir. XX əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın haqlı olaraq Ümummilli Lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir. Əsl lider məhz sadaladığımız bu xüsusiyyətlərə malik olaraq, bunlardan xalqın və dövlətin maraqları naminə müdrikcəsinə, düşünülmüş şəkildə və siyasi uzaqgörənliklə istifadə edir, öz ölkəsini hərtərəfli inkişaf etdirir, milli dövlətçilik tarixinə yeni-yeni şərəfli səhifələr yazır.
Ümummilli Liderin hakimiyyətinin birinci dövründə - 1969-cu ildən başlayaraq iqtisadiyyatımız, bütövlükdə respublikamız tənəzzüldən inkişafa doğru istiqamət götürdü. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsinin məhz bu dövründə ölkəmiz geridə qalmış respublikadan çiçəklənən bir diyara çevrildi. Hazırkı dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.
1993-cü ilin iyununda xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn dahi insan və böyük şəxsiyyət Heydər Əliyev dərhal yaranmış böhranlı durumu, kəskin ictimai-siyasi vəziyyəti kökündən dəyişməyə nail oldu. Azərbaycanın dünyanın siyasi xəritəsindən bir dövlət kimi silinməkdən xilas olması Ümummilli Liderin müasir Azərbaycanın memarı kimi cahanşümul fəaliyyətinin bariz nəticəsi idi. Mən müstəqil Azərbaycan dövlətinin yaranmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolunu, xalqımız qarşısında tarixi xidmətlərini, möhtəşəm dövlətçilik və siyasi fəaliyyətini dərindən tədqiq etmişəm, Ulu Öndərin nadir şəxsiyyət olduğunu elmi cəhətdən sübuta yetirmişəm. Fəxr edirəm ki, Heydər Əliyevin zəngin dövlətçilik və siyasi fəaliyyəti haqqında ilk doktorluq dissertasiyasının müəllifiyəm. Böyük rəhbərimizin Azərbaycan xalqı qarşısında heç vaxt unudulmayacaq xidmətləri onun tanınmış dünya liderləri tərəfindən də obyektiv və düzgün qiymətləndirilməsinə səbəb olmuşdur. Onlardan cəmi ikisini göstərmək istərdik:
Ulu Öndər Heydər Əliyevin çağdaş tariximizə Milli qurtuluş günü kimi daxil olmuş 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi ilə respublikada demokratiyanın, qanunçuluğun, hüquqi dövlət quruculuğunun bünövrəsi qoyuldu. Heydər Əliyevin parlamentə sədr seçilməsindən sonra Milli Məclisdə verdiyi bəyanatda müstəqil dövlətçiliyin inkişaf konsepsiyası və yolları sistemli şəkildə açıqlanırdı. Bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlandı. Böyük öndər Heydər Əliyevin 1993-cü ilin iyun-oktyabr aylarında və sonrakı dövrdə müstəqil Azərbaycan dövlətinin qorunması və möhkəmləndirilməsi uğrunda mübarizəsi strateji məqsəd daşıyırdı. Əbədi rəhbərimiz strateji və demokratik yolun mahiyyətini belə səciyyələndirirdi: "Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir".
Müstəqil Azərbaycanın qurucusu ölkəyə rəhbərlik etməyə başladıqdan dərhal sonra respublikada ictimai-siyasi sabitlik, sosial ədalət bərqərar oldu. 1994-cü ildə atəşkəsin imzalanması sayəsində Ümummilli Lider Azərbaycan-Ermənistan cəbhəsindəki ağır vəziyyətə son qoydu. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı.
Ulu Öndərin hakimiyyətə qayıdışından sonra respublikamızda ictimai-siyasi sabitliyin tam bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ardıcıl addımların atılması insan hüquq və azadlıqlarının müdafiəsı sahəsində də əsaslı irəliləyişlərə zəmin yaratmışdır. 
Ümummilli Lider Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətinin, strateji və siyasi xəttinin görkəmli şəxsiyyət, dövlətimizin başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır. Ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Ölkəmizdə sabitliyin mənbəyinin xalqımızın iradəsi, xalqımızın seçimi olduğunu, bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biri olduğunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərinə görə, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur. Azərbaycan xalqı sabit və dayanıqlı inkişafı təmin edən bu yolu bəyənir və əməli şəkildə dəstəkləyir.
Prezident İlham Əliyev ulu öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanda iqtisadi- sosial tərəqqini fenomenal bir gerçəyə çevirib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. 
Azərbaycan xalqı cənab Prezident İlham Əliyevi hər zaman dəstəkləmişdir. Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən bütün xalq onun ətrafında daha sıx birləşdi. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncləri cəbhəyə könüllü getmək üçün müraciət etdilər. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni edirdi. Xalq misli görünməmiş həmrəylik nümayiş etdirdi. Bu, xalq-Prezident birliyinin, xalqın ölkənin liderinə dərin inamının parlaq nümunəsi idi və bu birlik qələbəmizin təminatı oldu.  
Bu qələbəni qazanmaq üçün cənab Prezident uzun illər Azərbaycanın iqtisadi gücünü artırmış, ordunu hərtərəfli və uzun müddət təmin edə biləcək davamlı baza yaratmışdır. Məhz cənab Prezidentin apardığı uğurlu iqtisadi siyasət sayəsində respublikamız sürətlə inkişaf edən bir ölkəyə çevrilmişdir. Şuşanın işğaldan azad edilməsi münasibəti ilə Prezidentin xalqa tarixi müraciətində qeyd etdiyi kimi: "Əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi”.




[email protected]