BÖYÜK ÜRƏKLİ İNSAN

BÖYÜK ÜRƏKLİ İNSAN 
Zahir Axundov 
Lənkıran RMX-nın Poliklinika Şöbəsinin müdiri,
"İlin həkimi” media medalı mükafatı laureatı

Həkimlik sənətinin nə qədər ağır və şərəfli bir peşə olduğunu hamımız yaxşı bilirik. Onu da yaxşı bilirik ki, həkimlik sənəti eyni zamanda çox məsuliyyətli bir sənətdir. Yəni insan həyatı sənə etibar edilir, gərək sən də bu etibarı layiqincə doğrulda biləsən. Həkimlik sənətinin incəliklərinə dərindən yiyələnən dəyərli ziyalı həkimi siz də tanıyın.
Mən, Axundov Zahir Sənan oğlu 03.08.1952-ci ildə Lənkəran rayonu Boladi kəndində ziyalı ailəsində anadan olmuşam. Ailə vəziyyətimizlə əlaqədar 1959-cu ildə Lerik rayonu Siyov kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşam, 1969-cu ildə Boladi kənd orta məktəbinin 10-cu sinifini bitirmişəm. Həmin ildə sənədlərimi N.Nərimanov adına Tibb İnstitutuna vermişəm. 1975-ci ildə həmin İnstitutun  müalicə profilaktika fakultəsini bitirmişəm. 1976-cı ildə Lənkəran rayonu TTTUS - da  xəstəxananın reanimasiya  şöbəsində həkim və terapiya şöbəsində müdir işləmişəm. 
1987-ci ildən hal-hazıra kimi Lənkəran RMX-nın Poliklinika Şöbəsinin müdiriyəm. Dəfələrlə Lənkəran şəhər İcra Hakimiyyəti və MRX-nın fəxri fərmanları ilə təltif olunmuşam. Atam Axundov Sənan Ağaməmməd oğlu  Respublikanın  Maarif xadimlərindən olub. SSRİ-nin Qırmızı  bayrağı  Oktyabr İnqilabı Ordenləri ilə təltif olunmuşdur. Qardaşım İlham Axundov Kanadadakı məhşur Vaterleoo Universitetinin professorudur. Kanada Azərbaycan Dostluq Assosiasiyasının Prezidentidir. Səmərəli ictimai fəaliyyətinə görə Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə tərəqqi medalı ilə təltif olunmuşdur. 
Dünyanın 20-dən çox ölkəsində olmuşam. 2005-ci ildə Kanadada keçirilən qloballaşan dünya və onun insan orqanizminə təsiri mövzusunda keçirilən  konfransda  iştirak etmişəm. Həmin konfransda Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarından qovulan Azərbaycanlıların psixoloji durumları haqqında məruzə ilə çıxış etmişəm. Həmin məruzə Kanadanın məhşur jurnallarında çap olunmuşdur.
Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, məsuliyyət tələb edir. Bunun üçün həkimin qəlbi, fikri təmiz olmalıdır, Zahir həkim kimi!
Ən gözəl insani keyfiyyətlərdən biri də xe-yirxahlıqdır. İnsan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır.
Xeyirxahlıq həm də yaxşılıqdır, mayası insana məhəbbətlə yoğrulmuş humanizmdir, nəciblik, mərhəmət, şəfqət və alicənablıqdır. Məhz bütün bu mənəvi dəyərləri özündə birləşdirməyi bacarmış şəxs Tanrının dərgahında kamil insan sayıla bilər.
Xeyirxah əməlləriylə Vətəninə, millətinə gərək olan, böyük ürək sahibi haqqında bir neçə söz demək də yerinə düşür. Onun nəcib, humanist təbiəti, elinə-obasına bağlılığı, qayğısı zaman-zaman çoxlarına nümunə olub. Dünyanı dərk edən gündən doğma yurduna böyük sevgi göstərən Zahir həkim doğma elinin, camaatının sosial-iqtisadi inkişafı üçün də əlindən gələni əsirgəməyib. Hər cür yaxşılıq etməyi həyat amalı sayan dəyərli ziyalımıza Allahdan can sağlığı, uzun ömür, xeyirxah və səmərəli fəaliyyətində davamlı uğurlar arzulayırıq. 


Hörmətli Zahir həkimə
 
Qəlbiniz döyünür vətən eşqilə,
Yaşadır vətənə məhəbbət Sizi.
Yaşatmış həyatda ləyaqət ilə,
Həkim peşənizə sədaqət sizi.

Adınız dillərdə gözəl həkim tək,
Daşıya bildiniz şərəfli adı.
Belə olmalıdır xalqına gərək,
Lənkəran yurdunun məğrur övladı.

Vətənə layiqli, dövlətə sadiq.
Bu sizin vətəndaş borcunuz olmuş,
Allaha, vətənı, dövlətə, xalqa,
Qəlbiniz bu qədər sevgilə dolmuş.

Sadəlik, sədaqət, həm də, səxavət,
Seçdiniz həyatda belə olmağı.
Əzəmət əslində sadəlikdədir,
İnsan əzəməti aşırdar dağı.

Könlünüz bağlıdır sözə, sənətə,
Sadiq oğulsunuz bu doğma elə.
Heç vaxt dəyişmiyin, Zahid müəllim,
Sağ olun həyatda varsınız belə!


Lənkəran Sağlamlıq Mərkəzinin müdiri 
Zahir Axundova

Tükdən asılıdı insan həyatı,
O həyat bir anda qırıla bilər.
Çatanda son günü bu kainatın
Ömrün haqq-hesabı sorula bilər.

Canımız Tanrının əmanətidir,
Onu hər bəladan qoruyuruq biz.
Hər yeni xəstəlik - yeni bəla, sirr,
Açıq bu sirləri həkimlərimiz.

Sən yaxşı bilirsən, ay Zahir həkim,
Hər insan üzündə ömrün dastanı,
Açması ölümdü, ya da həyatdı.
Qurtarar ölümdən neçə insanı,
Laqeydlik pislik həkimə yaddı.

Üzündə işıq var, üzündə nur var,
Tanrı pak yaradıb Zahir həkimi,
Bütün xəstələrə bir dərman tapar,
O mələk xislətli bir insan kimi.

Hamının qəlbində yoxdur bu işıq,
Hamının üzündə yoxdu bu işıq.
O ilahi nurdu, birində varsa
Minində, yüzündə yoxdu bu işıq!

***
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. 
Azərbaycanın prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985). 1991-ci ildən Moskvada "Oriyent" şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.
İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. 
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.
İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonununda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir.
Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı "məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və "Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.




[email protected]