Rafiq Hüseynov və Beka Kandelaki dörddəbir finalda - Yenilənib

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.

ictimaifikir.az xəbər verir ki, turnirin üçüncü günündə - mayın 8-də yunan-Roma güləşçiləri mübarizə aparırlar.

Yunan-Roma güləşi üzrə millimizin üzvü Rafiq Hüseynov (77 kq) yarışa qələbə ilə başlayıb. Azərbaycan çempionu Hyenvu Kimə (Koreya Respublikası) qalib gələrək turnirin səkkizdəbir final mərhələsinə yüksəlib. İkiqat Avropa çempionumuzun növbəti rəqibi Qurpret Sinq (Hindistan) olacaq.

 




[email protected]