VƏTƏNƏ BAĞLI VƏTƏN OĞLU

VƏTƏNƏ BAĞLI VƏTƏN OĞLU 
Hüseynov Fərhəddin Əbülqasım oğlu 
"LŞ Audit” MMC-nin direktoru-Auditor

İnsan ömrü təkcə yaşanmış illərin sayı ilə deyil, yaşadığı ömürdə vətəninə, xalqına verdiyi töhvələrlə yaddaşlarda iz buraxır. Belə insanlar harada olmalarındana asılı olmayaraq bu həyatda hər zaman bir amalları olur. O da doğma yurduna, el obasına sədaqətlə xidmət etməkdir. Fərhəddin müəllim də məhs belə insanlardandır. O, harada işləsə də hər zaman işinə məsuliyyətlə yanaşmışdır. Məlumat üçün qeyd edək ki, Fərhəddin Hüseynov 1952-ci ildə Lənkəran rayonunun Viyən kəndində dünyaya gəlmişdir. Orta təhsilini Gərmətük kənd orta məktəbində başa vurduqdan sonra indiki Azərbaycan Dövlər iqtisad Universitetinin sənayenin iqtisadiyyatı və planlaşdırılması ixtisası üzrə ali təhsil almışdır. Ali təhsili bitirdikdən sonra 1974-cü ildə Lənkəran Konserv Kombinatında ilk əmək fəaliyyətinə başlayaraq iqtisadçı, baş iqtisadçı vəzifələrinə yüksəlmişdir. Daha sonra Lənkəran Aqrar Sənaye və Lənkəran Çay Sənayesi üzrə istehsalat birliklərində böyuk təftişçi-mühasib işləmişdir. Fərhəddin müəllim öz biliyini həm də 1995-2005-ci illərdə Lənkəran Dövlət Universitetində mühasibat işi və audit işi fənnindən dərs deyərkən sevimli tələbələrinə peşəsinin incəliklərini öyrətmişdir. O, eyni zamanda YAP-ın üzvü kimi ölkənin ictimai-siyası həyatında fəal iştirak edir. Fərhəddin müəllimin zəngin fəaliyyətini yüksək qiymətləndirən Lənkəran rayon İcra Hakimiyyəti təşəbusu ilə1996-cı ildə onu Ulu öndərin sərəncamı ilə təsis edilən Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilmiş və Auditor adı almaq üçün Auditorlar Palatasının təyin etdiyi komissiya tərəfindən imtahan verərək Auditor xidmətinin göstərilməsinə dair Lisenziya alaraq Lənkəran şəhər audit təşkilatına direktor vəzifəsinə təyin edilmişdir sonradan 2014-ci il tarixdən bu gunə kimi "LŞ Audit” MMC-nin direktoru-auditor kimi fəaliyyət göstərməklə Cənub bölgəsində auditor xidmətinin göstərilməsi və inkişafında əhəmiyyətli rola malikdir. Butun sahələr kimi auditor xidməti işi də ölkı başçımız İlham Əliyev cənablarının daim diqqət mərkəzindədir. Cənub bölgəsində auditor xidməti işinin günü-gündən yaxşılaşması məqsədi ilə möhtərəm prezidentimiz İlham Əliyevin zaman-zaman verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsində Fərhəddin müəllim bütün gücünü səfərbər edərək böyük əzmlə çalışır. Onun bu zəhmətkeşliyi nəzərə alınaraq Azərbaycan Respublikasının "Fəxri Auditoru” adına, müxtəlif vaxtlarda Auditorlar Palatasının fəxri fərmanları, qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. F.Ə.Hüseynov cənub bölgəsində bələdiyyələrlə səmərəli işinə görə "Qızıl Döş” nişanına layiq görülmüşdür. Fərhəddin müəllim üçün ən böyük mükafat isə təbii ki, dövlət başçımız İlham Əliyev cənabları tərəfindən 15 sentyabr 2011-ci il tarixli sərəncamı ilə Tərəqqi Medalı ilə təltif olunması olub.



[email protected]