İlham Əliyevin şəxsi cəsarəti, mərdliyi timsalında bütünlüklə Azərbaycan övladlarının qəhrəmanlığı, igidliyi və vətənpərvərliyi təcəssüm etdi!

 İlham Əliyevin şəxsi cəsarəti, mərdliyi timsalında bütünlüklə Azərbaycan övladlarının qəhrəmanlığı, igidliyi və vətənpərvərliyi təcəssüm etdi!
Əhmədov Əhsən Allahverdi oğlu
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Bakı Xoreoqrafiya Akademiyasının
"Musiqi fənlər” kafedrasının müdiri
 
Yenicə işıq üzü görən "Zirvədəki Azərbaycanlılar - VI hissə" kitabından: 

02.01.1979-cu ildə Ağdam rayonunun Qalayçılar kəndində anadan olub. İlk təhsilini 1985-ci ildə Qalayçılar kəndinin orta təhsil məktəbində alıb. 1997-ci ildə Şəki 1 saylı peşə məktəbinə daxil olub, 20 iyun 1998-ci ildə kənd təsərrüfatı mühasibi peşəsi üzrə tam kursu bitirib.
1998-ci ildə Azərbaycan Dövlət Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 2001-ci ildə isə kolleci bitirib. 2001-ci ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olub. 2005-ci ildə Azərbaycan Milli Konsevatoriyasını bitirib. 
2007-ci ildə Azərbaycan Milli Konservatoriyasının Magistatura şöbəsinə daxil olub, 2009-cu ildə Milli Konservatoriyanı fərqlənmə diplomu ilə bitirib.
2009-2018-ci ildə Azərbaycan Milli Konservatoriyasında müəllim, 2010-cu ildən 2014-cü ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib.
2011-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Doktorantura şöbəsinə daxil olub.
2017-ci ildə "Müasir dövrdə Azərbaycanda xanəndəlik sənətinin inkişafı” adlı mövzunu müdafiə edib.
18 aprel 2018-ci ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. 2000-ci ildə bədii özfəaliyyət kollektivlərinin istedad 2000 devizi ilə keçirilmiş baxış müsabiqəsinin qalibi olub. 2001-ci ildə respublika "Muğam” müsabiqəsində II yerə, 2003-cü ildə Azərbaycan Respublikasında keçirilən Muğam müsabiqəsində I yerə layiq görülüb. Bir çox xarici dövlətlərdə qastrol səfərində olub. 
12 yaşında Qarabağda gedən döyüşlər nəticəsində yaralanıb. 2006-cı ildən 2008-ci ilə qədər "Azər neft yağ” neft emalı zavodunun mədəniyyət evində işləyib. 2018-ci ildən Bakı Xoreoqrafiya Akademiyasında "Musiqi fənlər” kafedrasının müdiri vəzifəsində işləyir. 2019-cu ildən Bakı Musiqi Akademiyasının doktorantıdır. Azərbaycan bayrağı media mükafatı laureatıdır.
1 katib, 2 dərs vəsaiti, 1 metodiki tövsiyə, 30 proqramın və 25-dən artıq elmi məqalənin müəllifidir. 

***
Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Ermənistanın rəsmi təslimindən cəmi 6 gün sonra Qarabağa - işğaldan azad edilmiş torpaqlara səfəri, şübhəsiz ki, yalnız hərbi kontekstdə dəyərləndirilə bilməz. O, Ali Baş Komandan statusunda hərbi-strateji məntəqələrə baxış keçirtdi, Prezident kimi bu bölgədə aparılacaq quruculuq-bərpa işlərinin ilk istiqamətlərini müəyyənləşdirdi.
Ən əsası isə LİDER olaraq öz şəxsində bütün dünyaya Azərbaycanın tam qələbəsini birbaşa Qarabağdan nümayiş etdirdi.
Xudafərində Zəfər bayrağı
İlham Əliyevin timsalında hər bir azərbaycanlının mübariz əhvali-ruhiyyəsi, xoş ovqatı, zəfər sevinci də bu səfər müddətinin hər bir məqamında görünürdü.
Bayrağımız bir daha enməmək əminliyi ilə Rəhbərin öz əlilə ucaldıldı!
İlham Əliyev bayraq ucaltdığı hər bir məkanda "Qarabağ Azərbaycandır!” çağırışının növbəti nidalarını qoydu!
Ali Baş Komandanın sərhədləri yenidən cızılan cəbhə xəttinin ən öndə yerləşən məntəqələrinə gəlişi Bakıdan Yerevanadək, həmsədr ölkələrin üç paytaxtından dünyanın ən nüfuzlu KİV-inə qədər geniş rezonans doğurdu. Bu, təbii idi. Çünki Baş Sərkərdə Azərbaycanın şücaət zirvəsinə gəlmişdi. Və buradan təcavüzkara, onun havadarlarına, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə dəxli olan bütün beynəlxalq dairələrə ən sərt mesajını göndərdi, həm də son hərbi üstünlüyü daha da genişləndirməyə qadir olduğunu göstərdi.
Ölkə rəhbərinin və birinci xanımın ön səngərdə olmaları həm də qələbənin təntənəsi idi!
Bu səfərin psixoloji təəssüratları da əhəmiyyətlidir. Ali Baş Komandan hərbi gərginliyin, əslində, heç azalmadığı indiki dövrdə böyük risqə baxmayaraq, düşmənin birbaşa hədəf zərbəsi altında olan məntəqələrə getdi və açıq görüşlər keçirdi.
Bu mübarizlik və mərdlik nümunəsi cəbhə xəttində yaşayan əhaliyə və işğaldan azad olunan məntəqələrə gəlməyə hazırlaşan insanlara, həmçinin Silahlı Qüvvələrimizin şəxsi heyətinə olduqca böyük ruh yüksəkliyi bəxş etdi, onlarda özünə əminlik hissini möhkəmləndirdi.
Eyni zamanda bu ərazilərə nəzarətin birmənalı Azərbaycana məxsusluğunu, dövlət və xalq olaraq torpaqlarımıza birdəfəlik qayıtdığımızı növbəti dəfə təsdiq etdi.
Əsgər arxasında qüdrətli Sərkərdənin, vətəndaş yanında güclü dövlətin, məğlub düşmən isə qarşısında onu tam zərərsizləşdirməyə qadir müzəffər Azərbaycanın olduğunu bir daha gördü!
Ali Baş Komandan qətiyyətli əsgər və zabitlərinin hərbi şücaətlərini məğrurluqla qeyd etdi!
Prezident vətəndaşlarının onu və siyasətini birmənalı dəstəklədiklərini, Qarabağa məhz onun sayəsində geri döndüklərinə görə minnətdarlığını tam aydınlığı ilə müşahidə etdi!
Lider böyük fədakarlıqla qurduğu qüdrətli və möhtəşəm dövlətin Qarabağdan daha əzəmətli görünən nailiyyətlərini məmnunluqla seyr etdi!
İlham Əliyevin şəxsi cəsarəti, mərdliyi timsalında bütünlüklə Azərbaycan övladlarının qəhrəmanlığı, igidliyi və vətənpərvərliyi təcəssüm etdi!




[email protected]