"Milan" Çalhanoğlu ilə müqavilə imzalayır

Milan" yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

ictimaifikir.az istinadən xəbər verir ki, bu barədə "rossonyerlər"in idman direktoru Riki Massara danışıb. O bildirib ki, Türkiyə millisinin üzvü ilə danışıqlar son mərhələdədir:

"Oyunçularımızın dəyərinin fərqindəyik və yeni sözləşmələr üçün çalışırıq. Hakan Çalhanoğlu ilə danışıqları yekunlaşdırmaq üzrəyik. Tezliklə onunla münasibətləri rəsmiləşdirəcəyimizə əminik".

Qeyd edək ki, "Milan" Hakan Çalhanoğluya yeni sözləşmə qarşılığında illik 4 milyon avro maaş təklif edib.




[email protected]