XOCALI ŞƏHİDLƏRİ RUHUNUZ ŞAD OLSUN!

XOCALI ŞƏHİDLƏRİ RUHUNUZ ŞAD OLSUN!

Esmira İsrafil qızı İbrahimova

Pedaqoq-metodist, psixoloq, filoloq,

yazıçı-publisist 



 

 

...Xocalı..., Xocalı..., Xocalı deyəndə fəryad, faciə, kəsici soyuq, şaxtalı, sa- zaxlı qış gecəsindəki vahiməli çığırtılar, həyəcan və qorxu, ayaqyalın, başıaçıq, müdafiəsiz, kimsəsiz camaatın; körpə, uşaq, cavan, ahıl, qoca, kişi, qadın fərqi bi-linməyən məzlumların məhvi, soyqırımı, günahsız, dinc insanların ölümlə həyat arasında apardığı ölüm-qalım mücadiləsi (mübarizəsi) kədərli, üzücü bir mənzərə olaraq ağıllarda, göz önündə canlanır. Gecənin gətirdiyi vəhşət və dəhşət, ürəklər- də, gözlərdə qorxu olsa da, o gecə yaşamaq üçün, həyata tutunmaq üçün savaşan Xocalı sakinlərinin məşəqqətli yollar keçərəkcanlarını ölümün caynaqlarından qurtarmaq səyləri, arzuları baş tutmadı, ümidləriboşa çıxdı.

...Ac-yalavac, yandırıcı soyuq qarın üstündə yalınayaq, yalınəl ilə yola çıx- dılar, uzun yol qət etdilər, lakin həyatlarını xilas edə bilmədilər... Şaxtalı havada qarnını doyura bilməsə də, nəfəsi ilə ac körpəsinin üzünü isitmək istəyən ana, qoca ata və anasına əlini uzadıb sahib çıxmaq istəyən övlad, övladınlarına sarılan valide- yinlər qorxuya, həyəcana, təlaşa, təşvişə sinə gərərək qarlı meşə yolları, dağlar, də- rələrlə yola çıxdılar, təəsüf ki, bu yol onları xilas edə bilmədi... Onlar məhv edildi-lər. Tarixin qanlı daş yaddaşına faciəvişəkildə həkk olundular...

...İllər sonra 1992-ci il, fevralın 25-dən 26-na keçən gecədən uzun müddət keçmiş olsa da Xocalı hadisələrindən xəbərdar olan, ümumiyyətlə, I Qarabağ mü- haribəsi hadisələrinə şahid olan, əziyyətlərə qatlaşmış, ailəsindən, doğmalarından itki və şəhid vermiş bir qadın, dizləri üstünə başını söykəyib anasını diqqətlə din-ləyən qızının başına sığal çəkərək I Qarabağ müharibəsində həlak olmuş həyat yol- daşının şücaətlərindən bəhs edirdi... Söhbət əsnasında mən onun gözündən axan yaşı unutmadım. Qəribədir, qadının bir gözü ağladı, sol gözündən arasıkəsilmədən, sanki axar bir çayı xatırladan göz yaşı selləndi. Sağ gözü isə çox iti, ümidlə dolu, məğrurca, bəlkə də, intiqamlı bir baxışla baxdı... Arasıkəsilmədən axan o göz yaşı isə sanki bütün şəhidlərin qanı, canı idi...

Hər il olduğu kimi bu il də Xocalı faciəsi ilə bağlı Təranə xanımla telefon əlaqəsi saxlayıb ona baş sağlığı verəndə bir qədər söhbət etdik... Həmin o göz ya- şınının axmasına səbəb olan hadisələrdən bəhs etdik... O, xəyalən yenə həmin illərə qayıtdı... Təranə xanım dedi ki, həyat yoldaşı Tahir həlak olanda qızımız hələ do- ğulmamışdı(beş aylıq), oğulları isə on bir aylıq imiş. O, ağrılı, acılı xatirələri da- nışdıqca kövrəldi, qəhərləndi... O zaman Təranə xanım Şahmuradovanın 27 yaşı, həyat yoldaşı, şəhidimiz Tahir Zeynalovun isə 29 yaşı var idi. Bu, kədərli, hətta fa- ciəvi həyat hekayəsinə qəhərlənmədən qulaq müsafiri olmaq olmaz...

Möhtəşəm zəfər ilə, qələbə ilə işğaldan azad olunmuş torpaqlarımız bu gün öz sakinlərini, camaatını qoynuna səsləyir. Allah əmin-əmanlıq nəsib etsin. Təranə xanım deyir ki, arzular xoş olar, amma mənim arzularım dərdlidir. Ən böyük ar- zumdur ki, doğma torpağımıza qayıdım və qayıdacağam. Qayıdacağam ona görə ki, birinci növbədə şəhid qardaşım Natiqin qanı tökülmüş o müqəddəs torpağı qucaqlayıb bağrıma basım, qayıdacağam o torpağa ona görə ki, şəhid həyat yolda- şımın yerlə yeksan olmuş məzarını axtarıb tapım, qayıdacağam ona görə ki, itkin düşmüş kiçikqardaşım əkiz tayım Namiki axtarıbtapım və sonda qayıdacağam


ona görə ki, bu dünyadan oğul və vətən həsrəti ilə köç edən valideyinlərimin evinin sönmüş çırağını yandırım. Qayıdacağam ona görə ki, mənim doğma torpağımdır, yurdum, yuvamdır.Tezliklə arzularına çatasanməğrur Təranə xanım! Hazırda Təranə xanım polis əməkdaşı olaraq qardaşı və həyat yoldaşının şərəfli vətənə xid- mət yolunu davam etdirir.

...Bu gün bu, Zəfər günlərində o gün axan göz yaşını, kədər dolu ümidlə baxan gözləri anlamaq çətin deyil. Uzun illər keçməsinə rəğmən qələbə gününün gələcəyinə ümid var idi. Möhtərəm Prezident İlham Əliyev, şanlı Ali Baş Koman- dan və MüzəffərAzərbaycan Ordusu bunu öz şərəfli zəfəri ilə sübuta yetirdi.

Ruhunuz şad olsun, rahat olun, haqqınız yerdə qalmadı "Xocalı Şəhidləri” Allah rəhmət eləsin!

 

 





[email protected]