XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsinə hüquqi-siyasi qiyməti müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev verib: "Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xocalı faciəsinin ildönümlərində Azadlıq meydanından Xocalı abidəsinə qədər yüz minlərlə insanın iştirakı ilə yürüşün təşkil olunması faciəmizin unudulmadığını, daim xalqımızın yaddaşında, ən əsası onun soyqırımı kimi tanıdılmasının qarşımızda dayanan əsas vəzifə olduğunu bir daha dünya ictimaiyyətinə çatdırır. Möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birgə fəaliyyətləri nəticəsində bu istiqamətdə mühüm işlər görülüb və görülməkdə davam edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildə başlatdığı "Xocalıya ədalət!" beynəlxalq kampaniyası da bu istiqamətdə görülən işlərə çox mühüm dəstəkdir."
Hazırda Xocalı soyqırımının bütün dünyada tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib: "Xocalıya ədalət!" kampaniyasının məqsədi Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımlarını pisləyir, yolverilməz olduğunu bildirirlər. Təəssüf ki, bütün bunlar kağız üzərində əksini tapan reallıqlardır. Əsas olan bəyanatlardan əməli fəaliyyətə keçilməsi, Xocalı faciəsini törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməsidir. Azərbaycan necə ki 44 günlük İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində təkbaşına 30 ilə yaxın dövrdə kağız üzərində qalmış qərar və qətnamələri icra edərək dünyaya siyasi iradəsini, yenilməzliyini çatdırdı, eləcə də Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verəcəklərinə və layiqli cəzalarını alacaqlarına nail olacaq. O gün mütləq gələcək!"