SON XƏBƏRLƏR
Yol qəzalarında üç piyada vurularaq öldürülüb

Bərdə şəhəri ərazisində yolu keçən şəhər sakini M.Cavadov müəyyən edilməmiş avtomobillə vurulub və aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Yol nəqliyyat hadisəsinin "Mercedes” markalı avtomobilin sürücüsü A.Ağayev tərəfindən törədilməsi müəyyən edilib. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Yol qəzalarında üç piyada vurularaq öldürülüb

 

Dekabrın 30-da saat 9 radələrində  Sumqayıt şəhərində şəhər sakini  S.Yusifov idarə etdiyi "Mitsubishi” markalı  avtomobillə yolu keçən vətəndaş A.Yusifovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Dekabrın 30-da saat 19 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində İmamqulubəyli kənd sakini B.İbrahimov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini  X.Kərimovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.




[email protected]