QALİB SƏRKƏRDƏNİ TƏBRİK EDİRİK!

 QALİB SƏRKƏRDƏNİ TƏBRİK EDİRİK!
Əhmədov Əhsən Allahverdi oğlu
Sənətşünalıq üzrə fəlsəfə doktoru,
dosent, Bakı Xoreoqrafiyasının xalq çalğı alətləri ifaçılığı
kafedrasının müdiri  
 
Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq zəfərlər, şanlı qələbələr tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu.
öz haqqı uğrunda əvvəldən axıra kimi ləyaqətlə, inamla mübarizə aparan, bu müharibədən qalib çıxan Azərbaycan böyük Zəfərini qeyd edir. Dekabrin 10-da isə böyük siyasi, mənəvi əhəmiyyətə malik, eyni zamanda rəmzi məna daşıyan hərbi parad rəşadətli Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya növbəti nümayişi kimi tarixə düşdü.
Bəli, bu möhtəşəm Qələbənin qazanılmasında Azərbaycan əsgərinin hər biri qəhrəmanlıq dastanı yazdı, ölümə meydan oxudu, torpaqlarımızın hər qarışı uğrunda çarpışdılar, vuruşdular, ana Vətənə canlarını qurban verməkdən belə çəkinmədilər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi hücum taktikası, o cümlədən ərazi bütövlüyümüz uğrunda gedən döyüşlər dünya praktikasında ilklərdən oldu. Ölkə Prezidentimiz yenilməz Sərkərdə, Azərbaycan tarixində itirilmiş torpaqlarımızı qaytaran Prezident kimi tarixə düşdü. 
 
Fürsətdən istifadə edərək, Cənab Ali Baş Komandanı doğum günü və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edir, zəfər dolu fəaliyyətində bundan sonra da uğurlar diləyirəm. 



[email protected]