Müzəffər Ali Baş Komandan xalqımızı 30 illik arzu və istəklərinə qovuşdurdu

Müzəffər Ali Baş Komandan xalqımızı 30 illik arzu və istəklərinə qovuşdurdu

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan ordusu özünün qüdrəti ilə müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdı. 30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə düşmən üzərində əzici qələbə qazandıq. Müzəffər Ali Baş Komandan və güclü ordumuz xalqımızı arzu və istəklərinə qovuşdurdu.

Güclü Azərbaycan ordusu səbir, təmkin və peşəkarlıq nümayiş etdirdi, bütün döyüş əməliyyatlarını yalnız legitim hədəflər üzərində apardı, düşmənə dağıdıcı zərbələr vurdu. Müzəffər Ali Baş Komandan, qüdrətli və yenilməz sərkərdə İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusu torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatlarını gündən-günə daha əzmlə, ruh yüksəkliyi və peşəkarlıqla davam etdirərək tarixi ədaləti bərpa etdi.
Eşq olsun Azərbaycan dövlətinə! Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun Azərbaycan əsgərinə!
 
Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayıram! 
 
 
Maral Manafova
Bakı Xoreoqrafiya Akademiyasının
ictimai fənlər kafedrasının müdiri,
Əməkdar incəsənət xadimi,
pedaqogika üzrə fəlsəfə doktoru, professor



[email protected]