ZƏFƏRİMİZ MÜBARƏK!

 ZƏFƏRİMİZ MÜBARƏK!
Sücəddin Əbdülov 
Lənkəran Şəhər Uşaq Xəstəxanasının nəzdində olan Zond Uşaq Reanimasiya Şöbəsində 23 il şöbə müdiri işləmiş, ali dərəcəli sertifikat almış reanimatoloq, "Tərəqqi” medallı, "İlin həkimi” media mükafatı laureatı
 
 
27 sentyabr xalqımızın yaddaşından, hafizələrindən, hərb tarixindən silinməyəcək. Məhz həmin gün 32 ildən bu yana davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Öz murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkətlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən insanlıq düşməni nasist və faşist Ermənistan, quldur erməni silahlı birləşmələri növbəti dəfə və bütövlükdə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Dərhal Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun daha kəskin, daha sərt üzü ilə qarşılaşdı. 32 ildir səbir edən, dözüm göstərən Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca yenidən səfərbər və tək yumruq oldu, düşmənin cavabının yalnız müharibə, hərb, savaş olduğuna qərar verdi. Beləliklə, Qarabağ münaqişəsinin həllində hərb variantına keçildi, illərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu Vətən müharibəsinə başladı.
Bu günlər bütün xalqımızın nəbzi şanlı Ordumuzla birgə döyünür. Çünki vaxt gəlib, vədə yetişib, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın azadlığı uğrunda öz müqəddəs missiyasını yerinə yetirməyə başladı və Möhtəşəm Qələbə qazandıq. Azərbaycan Əsgəri Azərbaycan Respublikasının Ali Baş Komandanının rəhbərliyi altında bu tarixi Zəfərə imz atdı. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Prezidenti! 
 
Fürsətdən istifadə edərək, Ali Baş Komandan cənab İlham Əliyevi 24 dekabr doğum günü münasibəti ilə səmimi qəlbdən əbrik edirəm! 




[email protected]