TƏBRİK EDİRİK, CƏNAB PREZİDENT!

 TƏBRİK EDİRİK, CƏNAB PREZİDENT!
Həcər Nəsirova
İki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları 
general-mayoru  Həzi Aslanovun ev muzeyinin 
baş fond mühafizi (fond müdiri), "Müstəqil Azərbaycan-100”,
"Zirvədəki Azərbaycanlılar”, "Fəxri Fərman”, "Azərbaycan Qadını” media mükafatları laureatı
 
 
Bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərindən birini yaşayır. Azərbaycan Ordusu gücü, qüdrəti hesabına cəbhənin bütün istiqamətlərində mövqelərini gündən-günə möhkəmləndirir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazır. Ölkəmizdə həqiqətən də vahid bir mövqe var: Xalq-Dövlət-Ordu birliyi.
İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.
 
Fürsətdən istifadə edərək, Ali Baş Komandan İlham Əliyev Cənablarını 24 dekabr ad günü münasibəti ilə ürəkdən təbrik edir, qələbə sevincini yaşatdığı Azərbaycanın inkişafı naminə əvəzsiz fəaliyyətində uğurlar diləyirəm. 




[email protected]