Mən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, görkəmli siyasətçi Cənab İlham Heydər oğlu Əliyevi doğum günü münasibətilə təbrik edirəm. 2020-ci ildə xalqımıza yaşatdığı zəfər sevinci, qələbə günü münasibətilə Cənab Prezidentimizi təbrik edir, uğurlu siyasətinin davamlı olmasını Uca Allahdan arzu edir, Onu hər zaman ölkəmizin Lideri kimi görməyi bütün xalqımıza arzu edirəm.
İlham Əliyevin dərin, uzaqgörən siyasəti nəticəsində 2020-ci ilin 27 sentyabrında başlayan qırx dörd günlük Vətən müharibəsində birmənalı qələbə qazandıq. Otuz ilə yaxınbir vaxtda düşmən tapdağında qalan torpaqlarımız işğaldan azad olundu.
İlham Əliyev Dünya miqyasında öz sözünü dedi. Onun sayəsində Azərbaycanın üçrəngli bayrağı dünya dövlətlərinin bayraqları sırasında şərəflə dalğalanmağa başladı. Azərbaycanın müzəffər ordusunun qeyri-adi əks hücum əməliyyatları dillərdə dastan oldu. Ordumuz, əsgərlərimiz haqqında əfsanələr yarandı. İşğal edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalandı. Bütün bunlara Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində nail olduq.
İndi hamı kimi mən də deyirəm: Nə yaxşı ki, Azərbaycanın İlham Əliyev kimi Prezidenti var! Nə yaxşı ki, üçrəngli,ay-ulduzlu bayrağımız yüksəklərdə dalğalanır! Nə yaxşı ki, azərbaycanlıyam! Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev!