Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.
Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı ilə BURADAN tanış ola bilərsiniz.
















