T Ə L Ə B Ə A D I N M Ü B A R Ə K !
Çox əziz, sevimli, istedadlı, əlaçı tələbəm QARAYEVA SƏKİNƏ
XANIM ELÇİN qızının böyük uğurlarla ATU-nun Müalicə-profilaktikası
fakültəsinə daxil olması münasibətilə ən xoş və gözəl arzularla
Arzu dolu bir ürək,
Hər an sevinsin gərək.
Ağıllı SƏKİNƏ bala,
Arzulara çat bala.
Gözəldir həyat bala,
Sən bizi ucalt bala!
* * *
Ömrümüzün baharısan,
Həm kamanı, həm tarısan.
SƏN atanın vüqarısan,
Arzuara çat bala.
Gözəldir həyat bala,
SƏN bizi yaşat bala!
* * *
Bitirdin məktəbi, qiymətin əla,
SƏNƏ kömək oldu ALLAH-Təala,
Ucaldın göylərə, yetdin kamala,
Gözəldir həyat bala,
SƏN bizi yaşat bala!
* * *
Dünən SƏN şagird idin,
Bu gün isə tələbə.
Qoy SƏNƏ qismət olsun,
Ömrün boyu qələbə!
Yollarına gül əkək,
Tələbə adın mübarək!
* * *
Keçdi məktəb illəri,
Heç qaytarmaq olarmı,
O qayğısız günləri?!
Keçdi o dəm, o zaman.
SƏN əlaçı bir balam,
Tələbə adın mübarək!
* * *
Çalışqan şagird idin,
Oldun indi tələbə.
Qoy sənə qismət olsun,
Ömrün boyu qələbə.
Yollarına gül əkək,
Tələbə adın mübarək!
* * *
Süfrədə balım, duzum,
Mənim gecəm, gündüzüm,
Dilimdə şirin sözüm,
Dünyaya baxan gözüm,
Yollarına gül əkək,
Tələbə adın mübarək!
* * *
Sevincləri bölürük,
Sevinirik, gülürük.
Biz də arzu edirik,
Qoy SƏNƏ qismət olsun,
Ömrün boyu qələbə.
Tələbə adın mübarək,
Tələbə adın mübarək!!!
İRADƏ GÖZƏL VƏLİBƏYLİ
Filologiya üzrə fəlsəfə doktoru, Şair-publisist,
«Qızıl qələm» Media mükafatı laureatı.
Bakı - Ucar - Salyan. 2020-ci il.
[email protected]