Çox əziz, sevimli, istedadlı, əlaçı tələbəm İBADZADƏ KƏNAN QEYS
oğlunun böyük uğurlarla BDU--nun Hüquq fakültəsinə daxil olması
münasibətilə ən xoş və gözəl arzularla
Arzu dolu bir ürək,
Hər an sevinsin gərək.
Ağıllı KƏNAN bala,
Arzulara çat bala.
Gözəldir həyat bala,
SƏN bizi ucalt bala!
* * *
Ömrümüzün baharısan,
Həm kamanı, həm tarısan.
SƏN atanın vüqarısan,
Arzuara çat bala.
Gözəldir həyat bala,
SƏN bizi yaşat bala!
* * *
Bitirdin məktəbi, qiymətin əla,
SƏNƏ kömək oldu ALLAH-Təala,
Ucaldın göylərə, yetdin kamala,
Gözəldir h ə y a t bala,
SƏN bizi y a ş a t bala!
* * *
Dünən SƏN şagird idin,
Bu gün isə tələbə.
Qoy SƏNƏ qismət olsun,
Ömrün boyu qələbə!
Yollarına g ü l əkək,
Tələbə a d ı n mübarək!
* * *
Keçdi məktəb illəri,
Heç qaytarmaq olarmı,
O qayğısız günləri?!
Keçdi o dəm, o zaman.
SƏN əlaçı bir balam,
Tələbə adın mübarək!
* * *
Çalışqan şagird idin,
Oldun indi tələbə.
Qoy sənə qismət olsun,
Ömrün boyu qələbə.
Yollarına gül əkək,
Tələbə adın mübarək!
* * *
Yaxşı öyrən dərsini,
Elmin - kamalın olsun,
HAQQA söykən həmişə,
ŞAHLAR - idealın olsun.
Yollarına gül əkək,
Tələbə adın mübarək!
* * *
S e v i n c l ə r i bölürük,
Sevinirik, g ü l ü r ü k.
Gəlin, bir yerdə deyək,
Qoy SƏNƏ qismət olsun,
Ömrün boyu q ə l ə b ə!
Tələbə adın mübarək,
Tələbə adın mübarək!!!
İRADƏ GÖZƏL VƏLİBƏYLİ
Filologiya üzrə fəlsəfə doktoru, Şair-publisist,
«Qızıl qələm» Media mükafatı laureatı.
Bakı - Qubadlı - Bakı. 2020-ci il.