QƏLƏBƏMİZİN TƏMİNATÇISI

 QƏLƏBƏMİZİN TƏMİNATÇISI
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sücəddin Əbdülov 
Lənkəran Şəhər Uşaq Xəstəxanasının nəzdində olan Zond Uşaq Reanimasiya Şöbəsində 23 il şöbə müdiri işləmiş, ali dərəcəli sertifikat almış reanimatoloq, "Tərəqqi” medallı, "İlin həkimi” media mükafatı laureatı

Prezidentin hərbi əməliyyatların başlandığı ilk saatlarda təcavüzkardan konkret qrafik əsasında Azərbaycan torpaqlarını boşaltmasını tələb etməsi bəzilərinə nə qədər qeyri-real görünsə də, İlham Əliyev bu mümkünsüzü də mümkünə çevirdi.
Hərbi yürüşlə azad etdiyimiz yaşayış məntəqələrinin sırasına Prezidentin diplomatik istedadı hesabına Ağdam, Kəlbəcər və Laçın qısa müddətdə qansız-qadasız əlavə olunacaq!
Ümumiyyətlə isə, bu savaş İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətini dəfələrlə nümayiş etdirdi.
Prezident -
- Qarabağ cəbhəsində məğlub və qalib dövlət-xalq yerdəyişməsi etdi;
- Qarabağda yeni status-kvo, yeni hərbi-siyasi reallıq yaradaraq təmas xətti anlayışını birdəfəlik dəf etdi;
- Sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşəcək tərəf yalnız Rusiya olmayacaq, qardaşımız Türkiyə də möhtəşəm hərbi gücü ilə sülhyaratma missiyasının həmtəminatçısına çevriləcək;
- Naxçıvanın blokadadan azad olunması, Ermənistan ərazisi ilə dəhlizin yaradılması vəzifəsi Rusiyanın üzərinə qoyuldu;
- Hərbi, iqtisadi böhran məngənəsində olan Ermənistanı böyük siyasi xaosa sürüklədi;
- Ermənistanın fövqəldövlətlər timsalında olan havadarlarının hərbi əməliyyatları dayandırmaq tələbinə əhəmiyyət verməyərək sonadək getdi və hər addımda milli dəyanətimizi göstərdi;
- Onilliklər boyu erməni lobbisi tərəfindən formalaşan çox güclü anti-Azərbaycan informasiya məkanını təkbaşına darmadığın etdi;
- Qafqazın iqtisadi gücü olan Azərbaycanı artıq bütün bölgənin şəriksiz liderinə, yeganə söz sahibinə, qüdrətli "hami ata”sına çevirdi.
İlham Əliyevin qələbələri bu gün Ermənistanı səfil, xaos içində olan, vətəndaş müharibəsi girdabına sürüklənən, hərbi məğlubiyyət yaşayan, tənəzzülə uğrayan ölkəyə çevirib.
Dünən səhərdən etibarən bütün Ermənistan qan çanağına dönüb. Paşinyanın kabineti, parlament binası, digər dövlət strukturları dağıdılıb, spiker ölümcül döyülüb...…
Paşinyanın harda olduğu bilinmir, iqtidar komandası ondan imtina edib...…
Müxalifət hakimiyyətin hərbi xuntaya verilməsini tələb edir...…
Hərbçilər dövlət çevrilişi hazırlığındadırlar...…
Xalq - bədbəxt ermənilər isə küçələrə tökülüşərək əslində, artıq nəyi istəmələrini də bilmirlər...…
Ermənistan tənəzzüldə, erməni xalqı çarəsizlikdə, İlham Əliyev - Azərbaycan isə tarixi qələbəsini bayram etməkdədir!
Bu, hələ başlanğıcdır! Yeni başlanğıc!..
Azərbaycan tarixinin, həm də elə erməni tarixinin yeni başlanğıcı!
Biri zəfərlə, digəri isə məğlubiyyətlə yazılır!..
İlham Əliyevin yazdığı tarix həmişə möhtəşəm idi, amma indi daha da əzəmətlidir!
QƏLƏBƏMİZİN TƏMİNATÇISI
Qarabağı Azərbaycana qaytaran Sərkərdəyə millət olaraq borcumuz, şükranlığımız isə əbədidir...
Qələbə sevincini bizə bəxş edən Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna təşəkkür edirik. Biz bu müharibəyə illərdir hazırlaşırdıq. Biz bu proseslərin sülh yolu ilə həllində maraqlıydıq. Amma təəssüf ki, nankor, yaramaz və nadan qonşularımız və onları dəstəkləyən qüvvələr məsələnin sülh yolu ilə həllində maraqlı olmadılar. Bu uzun müddət ərzində ATƏT-in Minsk qrupu Azərbaycanı aldatmaqla məşğul oldu. Azərbaycana qarşı çoxsaylı təzyiqlər olundu. Bütün bu dövrdə isə cənab Prezident müasir, güclü və qəhrəman bir ordu yaratdı. Bunun üçün dövlət büdcəsindən vəsaitlər ayrıldı, digər məsələlər həll olundu. Sanki 17 ildir ki, cənab Prezident bu şanlı vətən müharibəsinə hazırlaşırdı. Çünki bizə başqa çıxış yolu qoymamışdılar. Bu müharibə xalqımızın şərəf və ləyaqət müharibəsi idi. Azərbaycan Prezidentinin qətiyyəti, milli maraqlara xidmət edən dəyişməz mövqeyi və siyasi iradəsi və rəşadətli, qorxmaz və qəhrəman Azərbaycan Ordusu bizi belə bir Möhtəşəm qələbəyə gətirib çıxardı. Bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanımızla və Qüdrətli Ordumuzla qürur duyur.Amma son günlər özlərini siaysətçi hesab edən, lakin bəzi şəxslər cəmiyyəti çaşdırmaqla qələbəmizə kölgə salmaq istəyirlər. Onlar həqiqətə uyğun olmayan fikirlər səsləndirməklə "Azərbaycanda Rusiya Hərbi Bazası yerləşdirilir, suverenliyimizə təhlükə var”, və s. fikirlər ifadə edirlər.Əvvəla sülhməramlı missiyanı həyata keçirən kontingent – hərbi baza deyil. Hərbi baza iki dövlət arasında bağlanmış uzunmüddətli müqavilə ilə həyata keçirilir ki, belə müqavilələr həmin ölkələrin parlamentləri tərəfindən təsdiqlənir. Sülhün bərqərar olmasını tənzimləyəcək digər dövlət və dövlətlərin də başçılarının iştirakı ilə sülhə xidmət edən bəyanat müqavilə deyil, öhdəlikdir. Siyasi bir sənəddir. Milli münaqişə ilə təzahür edən müharibələr zamanı sülhməramlı qüvvələr həmişə olub və olacaqdır. Rusiya sülhməramlılarını əsas götürərək möhtəşəm qələbəmizə kölgə salmaq istəyənlərin nə istədiklərini yəqin ki, heç özləri də bilmirlər. Yalançı vətənşüvənlikdən əsl vətənpərvərliyə keçməyin zamanıdır. Baş verən proseslər və əldə olunan Möhtəşəm Qələbə göstərdi ki, ən böyük vətənpərvər Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusudur."Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”, - söyləyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, hər bir hərbçinin Ali Baş Komandanı olduğunu sübut etdi.Azərbaycan ordusu ilə döyüş meydanında məsuliyyətli davranışı iləqələbənin mənəvi çəkisini daha da artırmış oldu. Bu, ilk nöbədə cənab Ali Baş Komandanın beynəlxalq hüquq normalarına hörmətindən irəli gələn siyasi və hərb mədəniyyətinin təzahürüdür. Çünki, erməni əsgərindən fərqli olaraq mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, eyni zamanda, humanist dəyərləri qoruyan bu ordu bölgəyə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin ordusudur.Bu səfər zamanı Xudafərin körpüsünü ziyarət etməsi ölkə başçısının şərəfli Azərbaycan tarixinə və mədəni irsinə münasibəti baxımından simvolik məna daşıyır və ibrətamizdir.Ali Baş Komandanın ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbəni şübhə altına salmaq istəyən bədxahlara sanballı bir ismarıc kimi bütün mülahizələrə nöqtə qoymuş oldu.




[email protected]