AZƏRBAYCAN XALQINA QƏLƏBƏ YARAŞIR

 AZƏRBAYCAN XALQINA QƏLƏBƏ YARAŞIR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yasəmən Mansurova 
115 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Müstəqilliyimizlə yaşıd olan ordumuz çox çətin, mürəkkəb  şəraitdə yenidən formalaşıb. Dövlətimiz ordunu hərtərəfli möhkəmlətməyə, onu müasir döyüş texnikası ilə təchiz etməyə, hərbi qulluqçuların sosial-məişət şəraitinin yüksək səviyyəyə çatdırılmasına daim qayğı göstərir. Ölkənin təhlükəsizliyinin qarantı olan nizami ordunun yaradılması və formalaşması prosesi dövlət quruculuğunun tərkib hissəsidir. Belə ki, dövlət quruculuğu daim inkişaf etdikcə ordu da möhkəmlənir. Unutmayaq ki, ordumuzun bugünkü səviyyəyə çatdırılması, onun döyüş qabiliyyətinin artırılması böyük siyasi iradə və gərgin zəhmət hesabına başa gəlib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dövlət quruculuğunda ordu ilə bağlı məsələlərin mahiyyətini açıqlayaraq bildirir ki, orduya hər il ayrılan xərclər artır. "Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Mən bəyan edirəm ki, orduya xərclənən vəsait bundan sonra da artacaqdır, biz ordumuzun maddi-texniki bazasını daha da gücləndirməliyik. Bütün bunları etmək üçün bizdə imkanlar var. Siyasi iradə var, Azərbaycanda sabitlik var".
Dövlətimizin iqtisadi imkanları artdıqca orduya daha çox vəsait ayrılmasına şərait yaranır. Silahlı Qüvvələrin Ali Baş Komandanı ölkənin müxtəlif bölgələrinə səfərləri zamanı hərbi hissələrdə olur, çətin şəraitdə Vətənə xidmət edən hərbi qulluqçuların əməyini yüksək qiymətləndirir.
Həqiqətən də, ordu dövlətin əsas atributlarından biri, müstəqilliyimizin və təhlükəsizliyimizin polad sipəri, xalqımızın yenilməz dayağıdır. Müharibə şəraitində yaşayan, torpaqlarının bir hissəsi işğal altında olan bir ölkə üçün güclü ordunun mövcudluğu xüsusilə önəmlidir. Məhz güclü Ordumuz sayəsində Azərbaycan yeni tarix yazdı - Qarabağı işğalçı qüvvələrdən təmizlədi. Biz İkinci Qarabağ müharibəsindən qalib xalq, qalib dövlət, qalib ordu kimi ayrıldıq. Bu birmənalı və mübahisəsiz həqiqətdir. Xalqımızı, Ali Baş Komandanımızı və Müzəffər Ordumuzu Böyük Qələbə münasibəti ilə təbrik edir, o torpaqlar uğrunda canından keçən bütün Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Qarabağ Azərbaycandır!



[email protected]